Ağır atletika yığmamız dünya çempionatına yollandı

Ağır atletika yığmamız dünya çempionatına yollandı

Sabah Türkmənistanın paytaxtı Aşqabadda kişilər və qadınlar arasında ağır atletika üzə dünya çempionatı keçiriləcək.

Oxu.Az xəbər verir ki, Aşqabad Olimpiya Kompleksində təşkil olunacaq yarışda 91 ölkədən 693 atlet medallar uğrunda mübarizə aparacaq.

Dünya çempionatında Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edəcəklər.

Sizi komandamızın heyəti ilə tanış edirik: Məhəmməd Məmmədli (61 kq), Rüstəm Qasımov, Kənan Xəlilov (hər ikisi 67 kq), Füqan Əliyev, Paşa İbrahimli (hər ikisi 73 kq), Kənan Əliquliyev (81 kq), Tərmenxan Babayev (89 kq).

Qeyd edək ki, dünya çempionatı noyabrın 10-da başa çatacaq.
Oxşar xəbərlər
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət