Axtarış...

Agentliyin avtomobili qəzaya uğradı - yaralanan var

Agentliyin avtomobili qəzaya uğradı - yaralanan var

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus avtomobil qəzaya uğrayaraq yanıb.

Hadisə Zaqatala rayonunda baş verib. Belə ki, Dövlət Agentliyinin "Mitsubishi" avtomobili ötmə əməliyyatı etmək istəyərkən "VAZ-2106" markalı maşınla toqquşub.

Nəticədə "Mitsubishi" iki dəfə aşaraq yanmağa başlayıb. Hadisə zamanı iki nəfər yüngül xəsarət alıb, hər iki avtomobil yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır. (report)




Şərh yaz