Axtarış...

İraq Tehran səfirini təcili geri çağırdı

İraq Tehran səfirini təcili geri çağırdı

İraq Tehrandakı səfirini Raca əl Musəvini məsləhətləşmələr üçün Bağdada geri çağırıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı İraq Xarici İşlər Nazirliyi yayıb. Musəvinin geri çağırılmasına səbəb İranla yaşanan diplomatik qalmaqal yox, internetdə yayılan video olub. Belə ki, internetdə yayılan videoya görə, Tehranda keçirilən konfranslardan birində Musəvinin çıxışı zamanı iraqlılar ona etiraz edərək, hökuməti ölkədə yaranan çətin situasiyanın günahkarı adlandırıblar. Diplomat isə buna cavabında etirazçıları təhqir edib.

Nazirlik yaydığı məlumatda baş verənlərə görə hər kəsdən üzr istəyib və səfirə qarşı araşdırmaların başladıldığını bildirib.


Daha çox xəbər

Şərh yaz