Dani Kintananın durumuna aydınlıq gəldi - Əməliyyat olunacaq

Dani Kintananın durumuna aydınlıq gəldi - Əməliyyat olunacaq

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin BATE ilə ilk oyunundan öncə keçirilən məşqdə zədələnən "Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintananın son durumuna aydınlıq gəlib.

Milli.Az xəbər verir ki, klubun mətbuat xidmətindən qol.az-a verilən məlumata görə, dizindən xəsarət alan ispaniyalı futbolçu əməliyyat olunacaq. Əməliyyatın ölkə xaricində olacağı gözlənilir. Kintananın təxminən 1,5 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib.

Qeyd edək ki, Kintana Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin "Olimpiya" ilə cavab oyununda da zədələnmişdi. O, ÇL-in 2-ci təsnifat mərhələsinin "Kukesi" ilə ilk oyununu da buraxmışdı.
Oxşar xəbərlər
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət