“İnstagram”ı sıradan çıxaracaq sosial şəbəkə yaradıldı

“İnstagram”ı sıradan çıxaracaq sosial şəbəkə yaradıldı


İnternetdə populyar “İnstagram”ı sıxışdıra biləcək “Vero” adlanan sosial şəbəkə yaradılıb.

İKT.lent.az-ın Rusargument.ru saytına istinadən məlumatına görə, ilk baxışdan bu layihələr biri-biri ilə oxşardır. Ancaq müəyyən fərqlər var ki, onlar da sonuncunun xeyrinədir.

“Vero” sosial şəbəkəsində reklam və alqoritmik lent yoxdur. Qeydiyyatdan keçmiş istifadəçilər öz aralarında ünsiyyət qura biləcək, musiqi, şəkil faylları və video materiallar mübadiləsi aparacaq, mətnlər dərc edəcəklər. Layihənin müəllifi iş adamı Ayman Hariridir.

Tərtibatçılar ilk qeydiyyatdan keçən istifadəçilər üçün abunəçilik söz veriblər. Yəni onlar üçün reklam teqləri və reklam çarxları tam ləğv ediləcək. Digər istifadəçilər bu abunəçiliyi ödənişli əsaslarla əldə edə biləcəklər. Bunun qiyməti isə illik 2 dollar təşkil edəcək.
Oxşar xəbərlər
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Mədəniyyət