İşgüzar fəaliyyət yeni-yeni uğurlara imkanlar açır

Respublikamızda su təsərrüfatının inkişafı əsas strateji sahələrdən biri olduğu üçün, adı çəkilən sahəni inkişaf etdirmədən nə ərzaq bolluğuna, nə də ki, digər problemlərimizin həllinə nail ola bilmərik


İşgüzar fəaliyyət yeni-yeni uğurlara imkanlar açır
Son illər respublikamızda su təsərrüfatı əsas strateji sahələrdən biri olduğu üçün, bu sahənin inkişaf etdirilməsi dövlət-hakimiyyət orqanlarının qarşında duran əsas prioritet vəzifələrdən birinə oldu. Belə bir səbəb üzündən də, su təsərrüfatının inkişaf etdirilməsi və bu sahəyə aid problemlərin həlli hər kəsdən əzmkarlıq da tələb etməyə başladı. Etiraf etmək lazımdır ki, bu gün ictimai həyatımızın bir sahəsi olaraq su təsərrüfatını inkişaf etdirmədən nə ərzaq bolluğuna nail ola bilərik, nə də ki, həlli vacib olan problemlərimizin həllinə nail ola bilərik. Çünki, 2013-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı “Dövlət Proqramı”nda əsas prioritet vəzifələrdən biri də, məhz su təsərrüfatının inkişaf etdirilməsi, su ilə təmin olunmanın dolğun şəkildə ödənilməsi və digər əhəmiyyət kəsb edən addımların atılması, qarşıya mühüm vəzifə olaraq qoyulub. Regionlarda belə bir problemin həlli daha çox əhəmiyyət kəsb etdiyindən, dövlət-hakimiyyət orqanlarının əsas nəzər-diqqəti də, məhz bu sahənin inkişaf etdirilməsinə yönəlib.

Ümumiyyətlə, su ilə təminolunma əvəzolunmaz hal olduğundan, belə bir təminolunmanın varlığı, həm də ictimai həyatımızın davamlı inkişafının əsas amillərindən biridir. Bir sözlə, suyun nəinki insan həyatında, hətta digər canlıların həyatında oynadığı rolun əhəmiyyətini heç nə ilə əvəz etmək olmaz.

İşgüzar fəaliyyət yeni-yeni uğurlara imkanlar açır

Onu da vurğulayaq ki, su təsərrüfatının inkişafı olduqca önəmli əhəmiyyət kəsb etdiyi üçün, ayrı-ayrı rayonlarda fəaliyyət göstərən suvarma sistemləri və melioservis idarələrinin, həmçinin bu ad altında fəaliyyət göstərən digər qurumların iş prinsipləri haqda, doğru-dürüst məlumatlar əldə etməyi özümüz üçün borc bildik. Belə bir səbəb üzündən də, respublikamızın əksər şəhər və rayonlarında oluruq ki, mövcud vəziyyət haqda doğru-dürüst məlumatları əldə edə bilək.

Sözsüz ki, bu gün respublikamızda su təsərrüfatının inkişafı, məhz bu sahəyə cavabdehlik daşıyan qurum rəhbərlərinin işgüzarlığından, səriştəli iş fəaliyyətindən olduqca asılı olan məsələdir. Hər kəsə bəllidir ki, ölkəmizin su təsərrüfatına, yəni Meliorasiya və Su Təsərrüfatı ASC-ə uzun illərdir ki, Əhməd Əhmədzadə rəhbərlik edir. Adı çəkilən qurumda əmələ gələn saysız-hesabsız problemlərin həlli də, məhz onun rəhbərliyi altında aradan qaldırılır. Adicə bir məqamı vurğulayaq ki, hələ bir neçə il bundan əvvəl Kür daşqını zamanı sahilboyu ərazilərdə yerləşən rayonların sakinləri böyük bir fəlakətlə üz-üzə qalmışdılar. Həmin vaxt ən böyük məsuliyyət yükü, yenə də Meliorasiya və Su Təsərrüfatı ASC-nin üzərinə düşdü. Vəziyyətdən çıxış yolu olaraq komitəyə tabe olan bütün idarələr, birliklər, ayrı-ayrı qurumlar bu yöndə səfərbər olundular. Düzdür, ilk vaxtlar problemin həlli müəyyən çətinliklər əmələ gətirsə də, vaxt keçdikcə hər iş qaydaya salındı.

İşgüzar fəaliyyət yeni-yeni uğurlara imkanlar açır

Əldə etdiyimiz digər mlumatlara görə, bu gün nəinki mərkəzi ərazilərdə, hətta bölgələrdə belə əhalinin su ilə təminatı, üzləşəcəyi problemlərin zamanında aradan qaldırılması daim rəhbərlik tərəfindən diqqətdə saxlanılır və aidiyyəti qurumlara bu yöndə lazımi tapşırıqlarda da verilir. Bəli, bu gün ayrı-ayrı şəhər və rayonlarda, ucqar yaşayış massivlərində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlarla bərabər, yerli sakinlərin də su təminolunmalarını yaxşılaşdırmaq üçün, komitə rəhbərliyi daim bu sahəni diqqətdə saxlayır. Sözsüz ki, belə bir yanaşma, əmələ gələn hər bir problemin həlli, komitə rəhbərliyi tərəfindən yerli sturukturların rəhbər şəxslərinə verilən tapşırıqlar nəticəsində həllini tapır. Onu da unutmaq olmaz ki, yerlərdə həllini gözləyən problemlər işgüzar fəaliyyəti ilə ad-san qazanan Əhməd Əhmədzadənin rəhbərliyi altında, çox yaxın zamanlarda həllini də tapacaq.

İşgüzar fəaliyyət yeni-yeni uğurlara imkanlar açır

Bu da bir həqiqətdir ki, respublikamızda ərazilərin daha çox hissəsi dağlıq ərazilərdən ibarətdir. Ona görə də ayr-ayrı şəhər və rayonlarda yerləşən melioservis idarələrinin, suvarma sistemləri idarələrinin, su-kanal idarələrinin və.s səmərəli iş fəaliyyətinə, bu gün daha çox ehtiyac duyulur. Rayonların ərazilərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına məxsus əkin sahələrinin suvarılması, su ilə təminolunmanın dolğun şəkildə ödənilməsi olduqca vacib şərt hesab olunur. Çünki, kənd təsərrüfatı məhsullarının suvarılmasını həyata keçirmədən nə məhsul bolluğuna nail olmaq olar, nə də ki, ərzaq təhlükəsizliyini təmin etmək olar.


Ümumiyyətlə, Meliorasiya və Su Təsərrüfatı ASC-nə tabe olan qurumlarda çalışan kollektiv arasında yaradılmış sağlam mühitin varlığı, bacarıqlı və peşəkar kadrların önə çəkilmələri, onların əməyinin lazımınca qiymətləndirilməsi, problemli məsələlərin qarşılıqlı münasibətlər əsasında həll olunması, su təsərrüfatı üzrə peşəkar mütəxəssislərin önəmli vəzifələrə təyin olunmaları və.s haqda qərar, məhz təcrübəli iş fəaliyyəti ilə hər kəsin rəğbət bəslədiyi Əhməd Əhmədzadə tərəfindən verilir ki, bu da onun böyüklüyünü, təcrübəli iş üslubuna malik olduğunu müəyyən edən amillər olur.

Hal-hazırda respublikamızın bütün ərazilərində su ilə təminolmanın dolğun şəkildə həyata keçirilməsi, olduqca əhəmiyyət kəsb etməkdədir. Çünki, ölkə iqtisadiyyatının hərtərəfli inkişaf etdirilməsində, xüsusilə də ərzaq təhlükəsizliyinin təmin olunmasında və s. su təsərrüfatının inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır.

İşgüzar fəaliyyət yeni-yeni uğurlara imkanlar açır

Onu da qeyd edək ki, düzgün idarəçiliyini tətbiq etməklə olduqca strateji əhəmiyyət kəsb edən bir sahəyə rəhbərlik edən Əhməd Əhmədzadə, bu günə qədər saysız-hesabsız uğurlara da nail olmuşdur. O, bütün bunlarla bərabər ölkə rəhbərinin yürütdüyü daxili iqtisadi siyasətə, hətta lazımınca dəstək də vermişdir. Bəli, əldə olunan uğurlar təkcə onun deyil, bütövlükdə xalqımızın, dövlətimizin ümummilli maraqları naminə əldə olunan uğurlardır. Bu gün qarşımızda daha böyük məqsədlər, strateji amallar durur ki, bu da hər bir vəzifə sahibindən öz işinə məsuliyyətlə yanaşmağı tələb edir. Etiraf etmək lazımdır ki, əgər hər bir vəzifə sahibi üzərinə düşən vəzifəsinin öhdəsindən layiqincə gələrsə, nəinki ümumi məqsədlərimizin həllinə nail ola bilərik, hətta dünyaya şölə saçan Azərbaycanımızın daha da şan-şöhrət tapmasına nail ola bilərik. İnanırıq ki, Əhməd Əhmədzadənin rəhbərliyi altında atılan addımlar bir neçə sahibkarı, çoxsaylı sakinləri deyil, tam əksəriyyətin yeni-yeni uğurlara qovuşmasına da səbəb olacaq. Biz o hala da inanırıq ki, bəzi vəzifə sahibləri Meliorasiya və Su Təsərrüfatı ASC rəhbərliyinin atdığı addımlardan nümunə götürəcək və həyata keçirdikləri idarəçiliyin daha məhsuldar olmasına da nail olacaqlar.



Rəsafil Bayramov



Millitv.az
Oxşar xəbərlər
«    Ноябрь 2018    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Mədəniyyət