Araşdırmalarımız nəticəsində F. Əhmədovanın Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məlumat bazasında nə tibb sahəsində təhsili, nə də sertifikasiyası haqqında məlumat mövcud deyil. Dövlət Reyestrində və “Tələbə-Məzun” sistemində onunla bağlı heç bir qeyd yoxdur.Yəni onun heç bir tibbi ali və ya orta ixtisas təhsil yoxdur.
Fərqanə Əhmədova tibbi təhsil olmadan belə özəl tibb fəaliyyəti göstərərib. Belə ki, onun tibb təhsil olmadan müştərilərinə dolğu və plazma terapiya həyata keçirir. Bununla bağlı hətta sosail hesablarında məlumatlar və görüntülər əks olunub.
Açıqlamasında F.Əhmədova bildirib ki, artıq dünən fəaliyyətini dayandırıb və icarə götürdüyü məkanı bağlayıb. Əməkdaşımızın tibbi təhsiliniz olmadan və lisensiyasız necə fəaliyyət göstərmisiz sualına isə hamı necə məndə elə deyərək bildirib .
Qeyd edək ki, hüquq mühafizə orqanları tərəfindən lisenziyasız plastik cərrahlar və kosmetoloqlar haqqında araşdırmalarından yayınmaq üçün artıq qanunsuz fəaliyyət göstərən “ixtisaslanmış həkimlər” və “kosmetoloqlar” sosial hesablarını bağlayır.
Analitik Ekspertiza Mərkəzindən XALQ.AZ–a verilən məlumat görə, Kosmetoloji və cərrahi xidmətlər göstərən istənilən estetik tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur. Bu tibb müəssisələrində praktiki tibb fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatovneneroloqlar və sertifikat alaraq, ixtisaslaşma keçən digər həkim mütəxəssislər fəaliyyət göstərə bilər. İstənilən pasientin kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququ vardır. Qeyd edək ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirlər. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilər . Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir deyə mərkəzdən bildirilib.
Məlumat üçün bildiri ki, lisensiyasız kosmetoloji fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə bir çox görüntülər var ki, qanunsuz dolğu, full face,botoks, bütün inyeksion prosedurları, hətta qanunsuz tələbə hazırlığı həyata keçirirlər.
Araşdırmalarımız davam edir.
Xalq.az