Axtarış...

“İcra Hakimiyyətinin şöbə müdiri tikintiyə icazə verməsi üçün məndən 15 min manat rüşvət tələb etdi” - ŞİKAYƏT


Xaçmaz rayon sakini Nəcəfov İbrahim Zahir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, İcra hakimiyyətindən tikinti üçün icazə alsada sonradan ona problem yaradıblar.

“Mən, Nəcəfov İbrahim Zahir oğlu, yazaraq bildirirəm ki, 2024-cü ilin əvvəlində Xaçmaz rayon İcra Hakimiyyətinin Tikinti nəzarət şöbəsinin müdiri Kamil Gəncəliyev tikintiyə icazə sənədi verməsi üçün məndən 15 000 manat məbləğində (rüşvət) tələb etdi. Bu barədə lazımi qurumlara məlumat vermişəm. 1 dəfə Nazirlər kabinetində, 2 dəfə də Prezident Administrasiyasında olmuşam. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Nazim Rəcəbovun qəbuluna yazıldım, amma qəbul etmədi. Yəni bütün qurumlara yazmağıma baxmayaraq, məsələ ilə maraqlanan olmayıb.

Bir müddət keçdikdən sonra məni Xaçmaz rayon İcra Hakimiyyətinə dəvət etdilər. Orada icra başçısı Elnur Rzayevlə görüşdüm. Elnur Rzayev pul məsələsindən xəbərsiz olduğunu bildirdi. Bu işdə mənə kömək etməsi üçün 1-ci müavini Anar müəllimə göstəriş verdi. Anar müəllim isə şikayətimi geri götürməyimi təklif etdi. “Şikayətini geri götür, daha sonra köməklik göstəriləcək”, - dedi.

Mən də Xaçmaz rayon Polis şöbəsinə gedərək, İcra Hakimiyyətinin başçısı ilə razılaşdığımız, aramızda artıq problem olmadığı barədə izahat verdim. İşin gedişatı ilə əlaqəli daimi olaraq 1-ci müavin və şöbə müdiri Fuad müəllimə məlumat vermişəm.

Beləliklə, tikinti işləri yekunlaşmaq üzrə olanda, beton kəmərin töküldüyü gün Xaçmaz rayon Polis şöbəsinin PPX əməkdaşları gələrək bizi Xaçmaz rayon polis şöbəsinə apardılar. Şöbədə məndən tikintiyə icazə sənədini təqdim etməyimi isdədilər. Mən də tikintiyə qanuni icazəmin olmadığını, müavin Anar müəllimin icazə verdiyini bildirdim. Onlar mənə “ tikintiyə icazən olmadığı üçün səni 800 manat məbləğində cərimə edəcəyik”, - dedilər.

Mənə heç bir rəsmi xəbərdarlıq olunmadan, tikinti işlərinin dayandırılması ilə əlaqədər rəsmi məktub göndərilmədən barəmdə protokol tərtib etdilər və 395-ci maddəni yazdılar.

Hazırda tikinti işləri dayandırılıb, heç bir iş görülmür.

Ən maraqlısı odur ki, tikintiyə icazə veriləndən sonra niyə məhz sonda məni cərimə edirlər və tikintini dayandırmağımı tapşırırlar?! Bu tikinti aylardır gedir, lazımi qurumların hər birinin də xəbəri var idi.

Mən, sizin sayt vasitəsilə səlahiyyətli qurumlardan xahiş edirəm ki, məsələ ilə bağlı mənə köməklik göstərsinlər”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz