Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsinin sakini Əliyeva Vüsalə Xanlar qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. V.Əliyeva hakim qərarından şikayətçidir:
“Mən, Əliyeva Vüsalə Xanlar qızı, yazaraq bildirirəm ki, yaşadığım evin həyətyanı sahəsi faktiki olaraq 0.0458 hektardır. Şikayətim budur ki, keçmiş qonşum Cabbarov Fikrət Qismət oğlu mənə aid həyətyanı torpağımın 17.7 kv.m hissəsini zəbt edərək, qanusuz istifadə edir.
Bununla bağlı aidiyəti qurumlara müraciət etmişəm. Müraciətimə əsasən, Xaçmaz rayon Daşınmaz Əmlak Dövlət Reysteri xidməti ölçüləri alıb, çıxarışımı təsdiq edib.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ekspertiza idarəsi da təsdiq edib ki, qonşu Cabbarov Fikrət Qismət oğlu mənə aid ola həyətyanı torpaqdan 17.7 kv.m hissəsini zəbt edib.
Bununla bağlı Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm. Üç dəfə məhkəmə olub, amma qaşı tərəf iki dəfə hörmətsizlik edərə gəlməyib. Üçüncü dəfə isə heç bir sənədi olmadan, gəlib prosesdə iştirak edib. Bütün sənədlər, sübutlar mənim xeyrimə olduğu halda Xaçmaz rayon Məhkəməsinin hakimi Sərxan Səmədzadə zərərçəkmiş tərəf mən olduğum halda qarşı tərəfin xeyrinə qərar çıxarıb.
Bu qədər haqsızlıq olar? Aidiyyəti qurumlardan xahiş edirəm, bu məsələ araşdırılsın ki, hakim hansı sənədə əsasən belə qərar verib? Bu göz görə-görə özbaşınalığa, rüşvətxorluğa işarədir. Əks halda, bütün sənədlər mənim xeyrimə olduğu halda, hakim qərarı niyə belə versin?!”.