Axtarış...

Slovakiyanın Baş naziri: Qərb gələcəkdə Ukraynanı qurban verə bilər

Slovakiyanın Baş naziri: Qərb gələcəkdə Ukraynanı qurban verə bilər

Ukrayna Rusiya ilə müharibə nəticəsində ərazilərinin üçdə birini itirəcək.

Bunu Slovakiyanın Baş naziri Robert Fiço Braziliyanın “Folha de S.Paulo” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, Qərb 1938-ci ildə Çexoslovakiyanı qurban verdiyi kimi gələcəkdə Kiyevi də qurban verə bilər. Elə bir an gələcək ki, Qərb deyəcək: “Biz bacarmadıq, ona görə də Ukraynanı itirdik”.

Baş nazir hesab edir ki, Qərb Ukraynaya xarici qoşunların mövcudluğu kimi təhlükəsizlik təminatları təklif etməyəcək.

Qeyd edək ki, 1938-ci ilin sentyabrında Almaniya, İngiltərə, Fransa və İtaliya hökumət başçıları Münhen sazişini imzalayıblar. Bu sənədlə Çexoslovakiya Üçüncü Reyx hakimiyyəti, Polşa və Macarıstan arasında bölüşdürülüb.

Xatırladaq ki, Ukrayna ilə Rusiya arasında müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin gələn il başa çatacağını istisna etmir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz