Axtarış...

Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur


Keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu deyilən “Fortis Group” MMC ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, şirkətin İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Şirkətlə bağlı iş baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib. 29 noyabr tarixində hakim Vaqif Həsənovun sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, cərimələnəcək “Fortis Group” MMC 2004-cü ildə yaradılıb. Şirkətin 25 milyon manat nizamnamə kapitalı var. Şirkət hazırda “Fiber”, “Ekstra”, “Giper”, “Flora”, “Dekstone” kimi inşaat materialları istehsal edir. “Fortis Group” MMC-nin keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu deyilir. Şirkətin hazırda İdarə Heyətinin sədri Asif İbrahimov Ziyadxan oğludur.(Tribunainfo.az)

Qarşı tərəfi dinləməyə hazırıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz