Axtarış...

"Gənclərə nümunə olacaq əsl yeniləşmə və inkişaf buna deyərlər..." - AXI NİYƏ?..


"Vicdan, ləyaqət və həya hissindən məhrumsansa, rektor, prorektor, direktor, şura sədri, səlahiyyətli akademik, professor, komissiya sədri və s. kimi vəzifələr tutub istədiyin qanunsuzluqları edə bilərsən. Etiraz və ya şikayət edən olsa, qorxma, çəkinmə, bil ki, sonda sən deyən olacaq..." "DİA-AZ" xəbər verir ki, buöz etirazında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İdris Abbasov ifadə edib.
O daha sonra davam edir:
"Elmin nəşi üzərində qarşılıqlı tərifləşmə və mədhiyyələşmə dövlətin və xalqın gələcəyinə meydan oxuyan, kriminallaşmış akademşəbəkənin ideal ört-basdır strategiyasını şərtləndirir.

***

Akademik İsa Həbibbəyli deyirdi ki: "... Akademik Ramiz Mehdiyev cəmiyyətin inkişaf tarixi və dialektik fəlsəfi dərki istiqamətində fundamental tədqiqatlar aparan, elmi fəaliyyətində və idarəçilikdə milli dövlətçilik mövqeyindən çıxış edən görkəmli elm və dövlət xadimidir..."
Deməli, AMEA -da elmin inkişafı deyəndə beləcə nanay-ninay tərifnamələr, vəzifədən düşən kimi isə qarğışnamələr və lənətlər nəzərdə tutulur. Gənclərə nümunə olacaq əsl yeniləşmə və inkişaf buna deyərlər...
Qeyd: Akademik şəbəkənin tənqidə tuş gəlməyən, xapur-xupur yeyən, korlayan elə zərərli üzvləri var ki, İsa Həbibbəyli onlarla müqayisədə ən yaxşılarından biri hesab oluna bilər...
Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya.
"Zəhərə qalsın əcəli. İnsanlığa qan uddurub ləyaqətimi itirərək yığdığım o mal-mülkdən indi necə əl çəkim, ay Əzrail?! Əzrail qardaş, bir an dur, nə qədər istəyirsən? 500 milyon nağd verirəm, canıma qıyma, 5 ildən sonra 5 də verərəm. İstəsən, millətin seçmə balalarından qurban da edərəm sənə." (Dünyaya bağlanıb insan olduğunu unudan akdemik zatın məşum yalvarışlarından)..."
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz