Axtarış...

Məmur bürokratiyası vətəndaşı bezdirib... - "İndiyə kimi evimizə baxış keçirilməyib..."

Məmur bürokratiyası vətəndaşı bezdirib... - "İndiyə kimi evimizə baxış keçirilməyib..."

Oğuz şəhər sakini Qurbanov Anar Cümşüd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. A.Qurbanov ona sosial yardım verilməməsindən şikayət edir:

“Mən, Qurbanov Anar Cümşüd oğlu, yazaraq bildirirəm ki, 5 övladım var. Sosial yardım alırdım. Sentyabrın sonunda sosial müavinət kartımın istifadə tarixi bitdi. 02.10.2024-cü ildə qeydiyyatdan keçdim. İndiyə kimi evimizə baxış keçirilməyib.

Bilmək istəyirəm ki, oktyabr ayının müavinətin ala biləcəm? Haqqıma düşən pulu niyə gecikdirirlər?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 “Qaynar xətt”inə müraciət etmişəm. Mənə deyirlər ki, müraciət çoxdur”.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili saytımıza bildirir ki, Oğuz sakini Qurbanov Anar Cümşüd oğlunun ünvanlı sosial yardımla bağlı elektron sistemə sonuncu müraciəti 2024-cü ilin 3 oktyabrında daxil olub.

Qeyd edək ki, ünvanlı sosial yardımla bağlı daxil olan elektron müraciətlər 15 iş günü müddətində araşdırılır. Bu müddət ərzində müvafiq qərar qəbul edilərək, vətəndaşın ərizə-bəyannamədə qeyd etdiyi telefon nömrəsinə məlumat göndərilir.(Hurriyyet.az)
Text-to-Speech

DİNLƏ






Şərh yaz