Axtarış...

Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisi ya Coğrafiya müəllimi?

KÜRDƏMİR SUVARMA SİSTEMLƏRİ İDARƏSİNDƏ NƏLƏR BAŞ VERİR???-ŞİKAYƏT-VİDEO FAKT

Bu günlərdə redaksiyamıza Kürdəmir Suvarma Sistemləri İdarəsindən daxil olmuş şikayəti içtimaitləşdirdik. Şikayət içtimailəşdikdən sonra sözügedən idarənin müdiri Mobil Aşurov və Aşurovun kollektivi barədə ilginc məlumatlar daxil oldu. Saxta diplomlu vəzifə sahiblərindən tutmuş metal mənimsəmə ilə bağlı məlumatlarda bu ilginc xəbərlər sırasındadır. Media qurumu olaraq ötəri jurnalist araşdırması apardıq. Məlum oldu ki Kürdəmir Suvarma Sistemləri İdarəsinin yeni təyin olunmuş müdiri Mobil Aşurovun özünün ixtisasının belə Suvarma Sistemləri ilə heç bir əlaqəsi yoxdur. Ali Təhsilli olsa da ixtisası Coğrafiya müəllimi olduğu məlumatlarda göstərilir. Bundan əlavə heç bir rəsmi idarəçilik sistemində işləməyən Mobil Aşurovun sahibkarlıq fəaliyyəti ilə mağaza şəbəkısində işlədiyi qeyd olunur. Vetenperverlertv.az xəbər portalı olaraq bizə daxil olan bu kimi məlumatları araşdırmaq və şikayətçilərlə görüşüb video formatda müsahibə götürüb, onların göstərdikləri arqumentlərlə yerində tanış olmaq üçün Kürdəmir rayonuna ezam olacağıq. Araşdırmamızın nəticəsi ilə hörmətli izləyicilərimiz sizləri və aidiyyatı orqanları məlumatlandıracağıq.

Bizi izləyin.

Qarşı tərəfin mövqeyini tanıyırıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz