Axtarış...

Kürdəmir Suvarma İdarəsindən 8 ayda yarım milyonluq üç tender “udan” iki şirkətin sahibi kimdir? -İLGİNC FAKTLAR

Kürdəmir Suvarma İdarəsindən 8 ayda yarım milyonluq üç tender “udan” iki şirkətin sahibi kimdir? -İLGİNC FAKTLAR

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada Kürdəmir Suvarma Sistemləri İdarəsi tərəfindən kanalların və hidrotexniki qurğuların təmiri üçün materialların satın alınması üzrə keçirdiyi açıq tenderdə “KARVAN 86” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilib. Suvarma İdarəsi qalib şirkətlə 96.411,9 manat məbləöində satınalma müqaviləsi bağladığını dövlət satınalmalarının vahid internet portalında 27.05.2024-cü il tarixdə dərc edib.

Araşdırdıqda məlum oldu ki, Kürdəmir Suvarma Sistemləri İdarəsi “KARVAN 86” MMC ilə bir satınalma müqaviləsini də kanalların və hidrotexniki qurğuların təmiri üçüm materialların satın alınması üzrə bağlayıb. Bu müqavilənin qiyməti 200.725,02 manat olub və satınalmaların portalında 09.10.2023-cü ildə dərc edilib.

Açıq dövlət portalları üzərindən əldə etdiyimiz məlumatlara görə “KARVAN 86” MMC 16.06.2022-ci ildə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalı 10 manatdır. MMC-nin hüquqi ünvanı Bakı şəhəri, NƏRİMANOV RAYONU, AŞIQ MOLLA CÜMƏ, ev 8, m. 1-dir. Qanuni təmsilçisi isə Yaqubov Yasəf Elbrus oğlu olduğu göstərilir. Reyster məlumatlarında edilən dəyişikliklərdə isə MMC-nin ilk hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, MİR CƏLAL 4 MKR, ev 58, mənzil 72 qeyd olunub.

Qeyd edək ki, Kürdəmir Suvarma Sistemləri İdarəsi dövlət satınalmalarının vahid internet portalında 29.05.2024-cü ildə bir satınalmanın da nəticəsini açıqlayıb. Müsabiqə No.81730 Məlumat üçün bildirmək istəyirik ki, müsabiqə nəticələri aşağıdakı kimidir: Qalib – MRB CONSTRUCTİON MMC – 247 932,87 AZN Bildirişin göndərildiyi gündən sonrakı iş günü gözləmə müddəti başlayır və 5 (beş) iş günü ərzində qüvvədə olur.Gözləmə müddəti 05.05.2024-cü il iş gününün sonu bitir.

Açıq dövlət portalları üzərindən əldə etdiyimiz məlumatlara görə “MRB CONSTRUCTİON” MMC 22.09.2022-ci ildə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalı 10 manatdır. MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, MİR CƏLAL 4 MKR, ev 58, m. 72 -dir. Qanuni təmsilçisi isə Yaqubov Yasəf Elbrus oğlu olduğu göstərilir. Reyster məlumatlarında edilən dəyişikliklərdə isə MMC-nin ilk hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, BƏHRUZ NURİYEV, ev 372, mənzil 41, təsisçisinin və ilk qanuni təmsilçisinin 22.02.2024-cü ilə qədər Qədirova Gölçöhrə Qədir qızının olduğu göstərilir. Gülçöhrə Qədirova 2022-ci ildən Azərbaycan Universiteti, Tərcümə və filologiya kafedrası, müəllim işləyir.

Dövlət Vergi Xidmətinin reyestrinə daxil edilmiş məlumatlardan da göründüyü kimi “KARVAN 86” və “MRB CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyətləri bir ünvanda dövlət qeydiyyatına alınıb, qanuni təmsilçiləri də bir nəfərdir. Bu da Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, о cümlədən riskli əməliyyatların Meyarları”na görə yolverilməzdir.

Qeyd edək ki, açıq mənbələrdə bu MMC-lərin maddi texniki bazası barədə heç bir məlumat yoxdu. Amma buna baxmayaraq Kürdəmir Suvarma Sistemləri İdarəsi 8 ay ərzində bir nəfərə məxsus iki MMC ilə ümumi dəyəri 545 068 manat olan 3 satınalma müqaviləsi bağlayıb.

Göründüyü kimi Kürdəmir Suvarma Sistemləri İdarəsi tərəfindən “MRB CONSTRUCTİON” və “KARVAN 86” Məhdud Məsuliyyətli Cəmiyyətləri arasında bağlanmış satınalma müqavilələrndə şübhəli məqamlar var. Belə ki, Suvarma İdarəsinin Satınalma Komissiyas bu MMC-ləri qalib seçərkən “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozmuş, bir nəfərə məxsus iki MMC-nin müvafiq sahədə peşəkarlığını, ixtisas göstəricilərini, təcrübəsini, texniki və maliyyə imkanlarını, işçi qüvvəsini, idarəetmə səriştəsini, etibarlığını nəzərə almamışdır.

Yuxarıda qeyd etdiyimiz məlumatlardan da görsəndiyi Kürdəmir Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş açıq tenderlərdə “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir sıra tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, satınalma prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına şübhə yaradır.

Qeyd edək ki, Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Xəlilovdur. O, bu vəzifəyə 2023-cü ilin aprelində Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsindən gətirilib. Məlumatlara görə Tahir Xəlilov Şəmkirdə heç də yaxşı ad qoymayıb. Sakinlərin sosial şəbəkələrdəki paylaşımlarından belə məlum olur ki, Tahir Xəlilov heç kimi qəbul etmir, heç kimi saymır, özünü ASC-nin sədri Zaur Mikayılovun dostu kimi qələmə verir və heç kimdən çəkinmir.

Aktualinfo.org
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz