Axtarış...

Cənubi Afrikanın cənubunda qətliamda 5 nəfər həlak olub, 2 uşaq yaralanıb

Cənubi Afrikanın cənubunda qətliamda 5 nəfər həlak olub, 2 uşaq yaralanıb

Cənubi Afrikanın cənubunda yerləşən Şərqi Keyp əyalətində baş vermiş kütləvi qətl nəticəsində beş nəfər həlak olub, iki uşaq yaralanıb.

Bu barədə şənbə günü yerli polis məlumat yayıb.

Məlumata əsasən, hadisə cümə axşamı axşam saatlarında Nçencana rayonunda baş verib. Bütün qurbanlar eyni ailənin üzvləri olub.

Bu hadisə Kumbuda altı nəfərin güllələnməsindən bir həftə sonra və eyni əyalətdə Lusikisikidə 18 nəfərin öldürülməsindən bir aydan az müddət sonra baş verib.

Bildirilir ki, ailə üzvləri iki fərqli evdə yatarkən iki naməlum kişi daxil olub və onları güllələyib. Olayda iki kişi və üç qadın həlak olub. Hücumdan sağ çıxmış iki uşaq qaçmağı bacarıb və qonşuları xəbərdar edib, onlar isə polisə zəng ediblər.

Polis şübhəliləri axtarmağa davam edir.

“Datapandas” xidmətinin hesablamalarına görə, Cənubi Afrika cinayət səviyyəsinin ən yüksək olduğu üç ölkədən biridir. Yerli “Demokratik Alyans” partiyasının məlumatına görə, 2024-cü ildə ölkədə gündə orta hesabla 75 qətl törədilib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz