Axtarış...

Suyu bulandırıb, ara qarışdıranların planlı oyunu niyə pozuldu?


Suyu bulandırıb, ara qarışdıranların planlı oyunu niyə pozuldu?

Son zamanlar Ermənistan XXO və anti Azərbaycan qüvvələrinin təsiri ilə “Teleqram” sosial şəbəkəsindəki “Lekia-Lezgistan”, “Lezgi.val” və “Цайлапан” adlı kanallarda paylaşılan materiallarda Qusar rayonunda terrorçuların məhv edilməsi “ləzgilərə qarşı soyqırım aktı və hüquqlarının pozulması”, “öz millətini sevən dindar ləzgilərin öldürülməsi” kimi xəbərlər paylaşılır. Və anti Azərbaycan qüvvələrinin maraqları təbliğ olunur.

Azərbaycanın tolerantlıq modeli..

Bildiyiniz kimi Azərbaycan çoxmillətli ölkədir və buradakı bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar.

Eyni zamanda Azərbaycanda tolerantlıq ənənələrinin qorunub saxlanılması dövlətin prioritet istiqamətlərindən biridir. Ölkəmizdə bütün dinin nümayəndələri azad, rahat şəkildə yaşayırlar. Bunun bariz nümunəsidir ki, artıq dünyanın bir çox ölkələrində Azərbaycanın tolerantlıq modeli tətbiq edilir.

Kölgə psixologiyası

Təsadüfi deyil ki, əsrlər boyu bütün dinlərin, etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Bəs suyu bulandırıb, ara qarışdırmaqda məqsəd nədir: təbii ki, burada əsas hədəf ölkəmizin günü gündən güclənən beynəlxalq imicinin ləkələnməsi, əldə olunan tarixi nailiyyətlərimizə kölgə salmaqdır. Bu da bir reallıqdır ki, ölkəmizə qarşı zaman zaman bu tip ideoloji hücumlar təşkil olunub. Təbii ki, sonda fioskaya uğrayıb.

Sosial şəbəkələrdən istifadə edərək xaos yaratmaq istəyənlər..

Qayıdaq məsəlinin əsas mahiyyətinə. “Teleqram” sosial şəbəkəsindəki “Lekia-Lezgistan”, “Lezgi.val” və “Цайлапан” adlı kanallarda paylaşılan materiallarda göstərirlər ki, dindar şəxslər olduqları üçün guya 3000 nəfər şəxs təqiblərə məruz qalacaq, eləcə də DTX və DİN tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ləzgilərə qarşı cəza tədbirləri kimi qiymətləndirilir. Qeyd olunmalıdır ki, ölmüş terrorçuların bəzilərinin fotoşəkillərini və müəyyənedici məlumatlarını, o cümlədən Qusar rayonunun Hil kəndində çəkilmiş, oradakı əməliyyat tədbirləri zamanı hüquq-mühafizə orqanlarının hərbi texnikalarının hərəkətini əks etdirən videoçarxı ermənilər də əldə etmişlər və bu materiallardan ölkəmizə qarşı pozuculuq təbliğatında istifadə edirlər. Belə ki, teleqram kanallarında “Pyunik” adlı akkaunt ilə qeydiyyatdan keçmiş erməni milliyyətli şəxs bu istiqamətdə xüsusi fəallığı ilə seçilir. O, yuxarıda göstərilənlərə dair müvafiq şəkilləri və qeyd olunan videoçarxı göndərərək hazırda Qusar rayonunda cərəyan edən proseslər barədə maraqlanmış və müvafiq informasiyaların verilməsini xahiş etmişdir. Həmçinin, internetdə “dzen.ru” adlı “Общество Русско-Арцахской дружбы” adlı erməni səhifəsində də Qusar rayonundakı hadisələrə həsr olunmuş rus dilində “Азербайджан начал карательные действия в отношении лезгин в Гусарском районе” başlıqlı təxribatçı məqalə yerləşdirilmişdir. Radikal separatçı Asul Kasumov da “youtube” portalındakı kanalında 14.09.2024-cü il tarixdə Azərbaycan əleyhinə çıxışında dövlətimizi Qusar rayonundakı ləzgiləri məhv etməkdə ittiham etmişdir. Görünən odur ki, Azərbaycanın hüquq mühafizə orqanları öz vətəndaşlarını qorumaq üçün xidmət göstərir. Başı boş xəyalpərəstlər, ölkədə hansısa təxribatı törədib xaos yaratmaq istəyənlərin isə tək bir səbəbi var: Ölkəmizdə olan sabitliyi pozmaq, öz çirkin maraqlarına yönəlik fəaliyyət göstərmək.

Sabitliyin, təhlükəsizliyin təminatı..

Əlbəttə ki, ölkəmizdə belə çirkin oyunların baş tutması mümkün deyil. Ona görə ki, Azərbaycanda yaşayan milliyyətindən, dinindən asılı olmayaraq hər kəs bu ölkənin hüquq mühafizə orqanları tərəfindən layiqincə qorunur. Çünki biz birik, qardaşıq. Və kimliyindən, siyasi əqidəsindən, siyasi mənsubiyyətindən, vəzifəsindən, peşəsindən asılı olmayaraq hər kəs bu birliyə öz töhfəsini verməyə səy göstərir. Ümumiyyətlə, ölkəmizdə sabitliyin, təhlükəsizliyin təminatında asayiş keşikçilərinin, təhlükəsizlik orqanları əməkdaşlarının rolu danılmazdır. Onlar hər zaman dövlətimizi, dövlətçiliyimizi, təhlükəsizliyimizi qoruyur, Vətənə, xalqa xidmət missiyasını şərəflə yerinə yetirirlər!

Tural Əhmədov

1xeber.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz