Axtarış...

"Azəriqaz"ın təmir etdiyi borunun içərisindən su çıxdı - 4 aydır evində qaz gəlməyən vətəndaşdan şikayət


Uzun müddətdir yaşadığı evdə qaz gəlməyən vətəndaş "Azəriqaz" İstehsalat Birliyindən şikayətçidir.

"Unikal"ın məlumatına görə, vətəndaş bildirib ki, borunu təmir etmək üçün "Azəriqaz" əməkdaşlarını çağırıb.

Təmirdən sonra vətəndaş yenə də problemlə üzləşib.

O, daha sonra problemi həll etmək üçün öz tanışını çağırıb və "Azəriqaz"ın əməkdaşlarının təmir etdiyi borunu sökəndə görüblər ki, borunun içərisindən su çıxır.

Şikayətçi vurğulayıb ki, onun yaşadığı evdə 4 aydır qaz gəlmir.

My Webpage
Text-to-Speech

DİNLƏ






Şərh yaz