Aperlin 27-dən Ucar və Zərdab rayonlarının qaz təchizatında müvəqqəti fasilələr yaranacaq.
Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Ucar-Zərdab” yüksək təzyiqli magistral qaz kəmərində korroziyaya uğramış hissələrin dəyişdirilməsi və siyirtmənin quraşdırılması ilə əlaqədar aprelin 27-də saat 09:00-dan işlər başa çatanadək “Zərdab”, “Lək” QPS-lərdən, “Zərdab asfalt beton zavodu” və “Ucar Pambıq emalı zavodu” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir müddətində Zərdab rayonunun tam olaraq, Ucar rayonunun isə 8 kəndinin qaz təchizatında fasilə yaranacaq. Müvəqqəti narahatlığa görə üzr istəyirik.