Axtarış...

Dövləti "su qiymətinə satan" Zaur Mikayılov!!!!!

Abşeron,Qaradağ,Binəqədi rayonlarının böyük bir hissəsi 1 həftədir ki,su üzünə həsrət qalıb.On minlərlə insanın Dövlət Su Ehtiyatları Agentliyinə etdiyi aramsız müraciətlər isə nəticəsiz qalır.Hər də vətəndaşlara bildirilir ki,təmir işləri aparılır.Etiraz əlaməti olaraq Bakı-Şamaxı magistral yolunu bağlayan sakinlərin səsini heç kim eşitmir.Görünən odur ki,açıq şəkildə insanlara qarşı "Yezid" siyasəti həyata keçirilir.Əsəbləri tarıma çəkilən əhali müxtəlif formada etiraz aksiyalarına əl atmaq barədə düşünür.İnsanlar haqlı olaraq dövlətdən rastlaşdıqları haqsızlıqlarla bağlı dəstək gözləyir.Prezidentin ölkənin su təsərrüfatına məsul etdiyi Zaur Mikayılov isə nə vətəndaşları,nə də prezidenti n tapşırıqlarını vecinə alır.Başı korrupsiyaya,rüşvətə,eyş-işrət məclislərinə qarışan sədr "burada mənəm,Bağdadda kor xəlifə" deyir.Su təsərrüfatı kimi strateji sahəyə böyük bazar kimi baxan,alverçi psixologiyasından əl çəkə bilməyən Zaur Mikayılova dövlət ərkanı barədə nəsə demək yersizdir,insani keyfiyyətləri də göz önündədir.Bunları qoyaq bir tərəfə.Adam anlamır ki,küçələrə çıxıb etiraz edən insanlar onu deyil,dövləti qınayırlar,prezidentdən kömək istəyirlər.Ahıl insanlar,körpələr,xəstələr bir qurtum suya həsrət qalıb Allahdan imdad diləyirlər.Zaur Mikayılov isə"dövləti su qiymətinə satmaqda"davam edir.Dünya yaranandan tacirlər Allah,Vətən,Dövlət anlayışlarından uzaq olublar.
Biz real vəziyyəti Dövlət ərkanını anlayan və ona hörmətlə yanaşan rəhbər şəxslərin diqqətinə çatdırdıq.Ümidləri Allaha qalan on minlərlə insan Sizlərdən kömək gözləyir,Cənablar!!!!Bizi bu "Yezidin" əlindən qurtarın.Paytaxt Bakının 10 kilometrliyində insanlar su,dövlət deyib fəryad edirlər,"Yezid ordusu isə dövləti su qiymətinə satırlar".Mövzu ilə bağlı adıçəkilən tərəflərin mövqeyini dinləməyə hazırıq.
Ardı var...
Stimulxeber.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz