Axtarış...

Zakir Quliyev də aranı BELƏ QARIŞDIRIR... - NARAZILIQ VAR...


Vətəndaşlar Zaur Mikayılovun qəbuluna buraxılmayıblar.

Bu barədə XALQ.AZ-a Sabirabaddan və İmişlidən olan olan sakinlər məlumat verib.

Məlumata görə Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Sabirabadda vətəndaşlarla görüş keçirib.

Belə ki, Sabirabaddan və İmişlidən olan təsərrüfatla məşgul olan rayon sakinləri Zakir Quliyevin tapşırığı ilə qəbula buraxılmadığını bildirilər. Yerli qurumların rəhbərlərindən şikayətçi olan sakinlər qəbula buraxılmadığına görə öz şikayətlərini hara çatdıracaqları üçün ictimayyətləşməsi üçün XALQ.AZ-a müraciət ediblər.

Qəbulda Zakir Quliyev tanıdıqları ilə görüşdülər sonra qəbul bitdi deyib qapını bağladılar.

Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyev kimin qəbul olunmasını özü şəxsən nəzarət edirdi. Dəfələrlə qəbuluna yazılmağa cəhd etsək də, buna imkan verilməyib. Şikayətçilərin bildiriblər ki, Zaur Mikayılov v 1 saat gəldi qəbul keçirdib bizi içəri buraxmadılar.

Dövlət Su Ehtiyatları Agentliyindən məsələ ilə bağlı heç bir açıqlama almaq mümkün olmadı.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz