Beyləqan şəhəri M.Rəsulzadə küçəsində yerləşən "Sərin Qala" ailəvi istirahət mərkəzi qanunvercilyin tələblərini pozur "Beyləqan Xəbərləri" səhifəsi rayonda fəaliyyət göstərən "Sərin Qala" istirahət mərkəzi ilə bağlı şikayət yayıb. Həmin şikayətdə bildirilir ki, "Sərin Qala" restoranı qanunvercilyin tələblərini pozaraq yaşı 18-ə çatmayanları əmək müqviləsi olmadan işçi kimi işlədir.
Ölkə qanunverciliyinə əsasən əmək müqaviləsinin bağlanmasından yayınma hallarına görə ciddi cərimə məbləğləri mövcuddur. Vergi qanunvericiliyinə görə, əmək müqaviləsi bağlamayan işəgötürənə hər bir şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, 3 və daha çox dəfə yol verdikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Lakin bu, işəgötürənin üzləşə biləcəyi yeganə cərimə deyil. Bundan başqa yaşı 18-dən az olan işçiləri gecə vaxtı işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi qadağandır. Axşam saat 20-dən səhər saat 7-dək olan müddət yaşı 18-dən az olan işçilər üçün gecə vaxtı hesab edilir. 18-dən az olan şəxslər işə yalnız tibbi müayinə keçirildikdən sonra qəbul edilirlər. Ancaq "Sərin Qala" restoranında sadəcə bir neçə işçi ilə əmək müaviləsi var və digərləri qanunsuz işləyirlər. Bundan başqa "Sərin Qala" restoranında axşam 20-00-dan sonra 18 yaşına çatmayan işçilər gecə 00-30-a qədər işlədilir. Həmçinin 18 yaşına çatmayan işçilər tibbi müayinədən keçirilməyib.
Şikayətdə qeyd edilir ki, qiymətlərin baha olduğu "Sərin Qala" restoranında tez-tez işçilərə verilən gündəlik əmək haqqının kəsildiyi bildirilir.
Gecələr "Sərin Qala" restoranında canlı musiqi şoularının olması isə obyektə yaxın ərazidə yaşayan vətəndaşların ciddi narahatçılığına və narazılığına səbəb olub. Belə ki, gecə 20-dann sonra "Sərin Qala" restoranında yüksək musiqi səsi ərazidəki evlərdə yaşayan qoca və xəstə vətəndaşları yatmağa qoymur.
Bundan başqa "Sərin Qala" restoranında kassa aparatının formal olaraq işlədildiyi bildirilir. Belə ki, kassa aparatına gündəlik alverin 10 faizi vurulur.
Yuxarıda qeyd etdiyimiz məlumat və qanunsuzluqlarla bağlı aidiyyatı qurumlar xəbərdar olmalarına baxmayaraq, nədənsə "Sərin Qala" restoranını qanunverciliyə uyğun cərimələmirlər.(Patriot.az)
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.