Axtarış...

Generalın rektor olduğu akademiyanın saytı niyə ləğv edilib? - FOTO


Fövqəladə Hallar Nazirliyinin Akademiyasının veb-səhifəsi ləğv edilib.

Qaynarinfo-nun məlumatına görə, general-mayor Baba Salayevin rəhbəri olduğu təhsil mərkəzinin fəaliyyəti barədə qısa məlumatlar yalnız Fövqəladə Hallar Nazirliyinin saytında dərc edilir.

Azərbaycanda dövlət qurumlarının nəzdində fəaliyyət göstərən bütün ali təhsil ocaqlarının rəsmi saytının olmasına baxmayaraq, 21-ci əsirdə sözügedən akademiyanın saytının ləğv edilməsi müəmmalı qərar kimi qiymətləndirilir.

Nəticədə akademiya haqqında geniş və ətraflı məlumat almaq mümkün deyil.

Akademiya nazirliyin idarə və təşkilatların siyahısında yer alır.

Hazırda akademiyanın müəllim kontingenti, onların hansısa elmi tədqiqatı, məqalələri və s. haqqında heç bir məlumata rast gəlmək mümkün deyil.

Qeyd edək ki, bu ilin aprel ayına qədər akademiyanın rəhbər şəxslərinin adı yer alan sayt mövcud idi. 24.04.2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) www.fhn.gov.az ünvanında yerləşən rəsmi internet informasiya resursu tam yeniləndikdən sonra sözügedən veb səhfə silinib.

Xatırladaq ki, müasir dövrdə təhsil sahəsində veb saytlar əvəzolunmaz alətlərdən birinə çevrilib. Bu saytlar təkcə informasiya paylaşımı üçün deyil, həm də tədris prosesinin təkmilləşdirilməsi, tələbə və müəllimlər arasındakı əlaqələrin gücləndirilməsi və idarəetmə funksiyalarının optimallaşdırılması üçün istifadə olunur.

Təhsil saytları tələbələr, valideynlər, müəllimlər və digər maraqlı tərəflər üçün vacib məlumat mənbəyidir. Bu saytlar vasitəsilə tədris proqramları, qəbul şərtləri, dərs cədvəlləri və təhsil müəssisəsinin fəaliyyətləri haqqında ətraflı məlumat əldə etmək mümkündür.

FHN-nin saytında 27 avqust 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyası barəsində elan qoyulub. Elanda Elm və Təhsil Nazirliyinin www.portal.edu.az elektron portalında təhsilin bakalavr səviyyəsinə qəbul olmuş tələbələrin qeydiyyatından keçmələri və pambıq parçadan qara rəngdə corab (azı 3 cüt), paltar və ayaqqabı təmizləmək üçün şotkalar, qara rəngdə ayaqqabı kremi götürüb Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yaxınlaşmaları tövsiyə edilir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz