"Səhiyyə biznesi"nin fəsadları ... - Səhiyyə sırf biznesə çevriləndə belə olur VİDEO
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Yenə Azərbaycanda daha bir həkim səhvi daha bir insanı ömürlük şikəst etdi. Belə ki, Məlhəm klinikasının həkimi, aktyor Əlvan Fərmanoğlunun dərdinə məlhəm etmək əvəzinə, onun ayağının ampitasiya olunmasına səbəb olub. Hər halda özünün aktyorun iddiası belədir.
Doğrusu, inanılmayacaq kimi də deyil.
Çünki, son illər ağ xalatlıların pul hərisliyi, daha çox gəlir əldə etmək ehtirası çox insanların bədbəxtliyinə səbəb olur. Bir çox həkimlərin apteklərlə, başqa özəl klinikalarla və eləcə də dərman firmaları ilə əlbir olmaqları da bir çox ailələrə faciə yaşadır.
Eynilə Modern Hospitalın həkimi Elvina Səlimova ilə Memorial Hospitalının "iş birliyinin, redaksiyamıza müraciət edən Vüsalə Əliyevanın yeniyetmə qız övladına və ümumilikdə bütün ailəsinə yaşatdığı faciə kimi.
Maraqlıdır ki, edirlər, sonra da başlayırlar vətəndaşa hədə-qorxu gəlməyə ki, "Mənim həkim nüfuzuma xələl gətirdiyinə görə məhkəməyə verəcəm" filan...
Necə ki, Modern Hospitalın "həm suçlu, həm güclü" həkimi Elvina Səlimova bunu edirdi. O, Elvina Səlimova ki, təcili yardım otağında bir dənə xala görə əməliyyat etdiyi yeniyetmə Leyla Məhərrəmlini xalının altında aşkar edilmiş kütləyə görə məhz Memorial hospitala göndərmişdi. Memorial hospital da yanlışlıqla "xərçəng" diaqnozu qoyaraq, yeniyetmənin həm yanlış müalicələr almasına səbəb oldu, həm də ailəsinə külli miqdarda maddi və əvəzi ödənilməyəcək qədər mənəvi ziyan vurdu.
Leylanın anasının sözlərinə görə, bu iki hospitalın "şərikli" yaşatdıqları stresin təsirindən çıxa bilmək üçün bir ildir mərhələli şəkildə ailənin bütün üzvləri müalicə alır. Artıq, ikinci dəfədir belə halın yaşandığını özü etiraf edən Memorial klinik isə ümumiyyətlə cavab verməkdən də, məsuliyyətdən də yayınır. Mənəvi ziyanın ödənilməsinin mümkünsüzlüyünü bu qədər ağrı-acı yaşamasına rəğmən qəbul edən anlayışlı ana - Vüsalə Əliyeva heçolmasa maddi ziyanı geri tələb etmək üçün Memorial hospital rəhbərliyi ilə görüşüb. Özünü direktor kimi təqdim edən Füzuli Məmmədov, bu qədər əzab yaşatdıqları anaya anlayışı üçün təşəkkür etmək yerinə, biraz da həddini aşaraq, "Belə çıxır ki, sən uşağını satırsan" cavabını verərib və elə bununla da növbəti mənəvi zərbəni endirib.
Halbuki, Vüsalə xanım haqlı olaraq, sadəcə ona dəymiş maddi ziyanı tələb edirdi.
Görünür, Füzuli Məmmədov ilə Elvina Səlimovanın məqsədləri - eləcə də diaqnozları kimi yanlış olan davranışları, xanımı hər iki hər iki hospital barəsində məhkəmə iddiası qaldırmağa vadar etməkdir.
Vüsalə xanım artıq məhkəməyə müraciət etmək fikrindədir.
Madam ki, "güvəndiyi dağa da qar yağdı"- daha dəqiq desək, aidiyyatı qurum olan Səhiyyə Nazirliyi özü də özəl hospitallara. "tam sərbəst"lik verib, şikayət edənə" hüquqi məsləhət" verib, hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyyə edir, demək ki, başqa variant yoxdur.