Hörmətli Yasamal rayon İcra və probasiya şöbəsinin rəhbərliyi, çox xahiş edirəm, cənab Bəxtiyar Babayevə publik ilə özəl təşkilat arasındakı fərqi izah edin...
Redaksiyamıza Xaçmaz şəhəri Rəşid Behbudov küçəsi, dalan 1, ev 18 ünvanda yaşayan Cəbiyeva Validə Eldar qızının növbəti müraciəti daxil olub. Müəllif bu dəfə də Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 06.07.2022-ci il tarixli 2-1(105)-290/2022 saylı Qərarının icra olunmamasından şikayətçidir. Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Bəxtiyar Babayev hələ də anlaşılmaz səbəblərdən Məhkəmə Qərarının icrasını əngəlləyir. Biz Yenixeber.org olaraq səslənən iddialarla bağlı növbəti dəfə də cənab Babayevi dinləmək istədik. Təəssüf ki, yenə də bizimlə telefon danışında həmsöhbətimiz heç bir mövqe bildirməyəcəyini dedi(?)
Ümid edək ki, Ədliyyə naziri cənab Fərid Əhmədovun başlatdığı islahat Yasamal rayon İcra və Probasiya Şöbəsindən də yan keçməyəcək...
Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:
Hörmətli baş redaktor!
Mənim müvafiq işlə təmin olunmağım və işsiz qaldığım müddətin əmək haqqımın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 05.12.2022-ci il tarixli, 2-1(102)-2026/2022 saylı, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.07.2022-ci il tarixli, 2-1(105)-290/2022 saylı Qərarlarının icra olunmayıb, illərdir kağız üzərində qalması, Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Bəxtiyar Babayevin həmin Qərarlara sayqısız və etinasız yanaşması haqqında şikayət etmişdim. Şikayətim sizin saytınızda getdikdən sonra icra məmuru cənab B.Babayev mənim mobil telefonuma 03.09.2024-cü il tarixdə zəng etdi... Və icra məmurunun vətəndaş ilə, yəni mənimlə telefon danışığının xülasəsini bildirirəm:
Təsisçisinin yaratdığı DSMF publik hüquqi şəxsin nümayəndəsi kimi təmsil olunduğunu hiss etdiyim cənab B.Babayev mənim ali təhsilli olmadığımı baş qaxıncı edir. Unudur ki, mənim “Sosial təminat sitemində hüquqşünaslıq və uçot” üzrə orta ixtisas təhsilim məhz bu sahə -sosial təminatüzrədir! Mən ƏƏSMN-nin, DSMF-nin (müxtəlif vaxtlarda adlar Dövlətin Qərarlarına əsasən dəyişib) Xaçmaz rayon şöbəsində 30 ildən artıq məsləhətçi vəzifəsində işləmişəm.
Amma???!!! Şikayət etdiyim qurumlardakı rəhbər vəzifədə çalışanların və cənab B.Babayevin ali təhsili var! Hətta “onlar” təhsillərini o dərəcəyə çatdırıblar ki, B.Babayev vasitəsilə ümumiləşmiş fikirlərini bildirməkdən çəkinmirlər. B.Babayev mənə deyir: “DSMF publik hüquqi şəxsdir, özəldir(???). Özəl olduğu üçün də Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təsdiq etdiyi ştat cədvəlinə ehtiyac yoxdur.
Hörmətli Prezidentimiz İlham Əliyev cənablarının 1077 saylı 31 avqust 2020-ci il tarixli Fərmanının 5.5-ci, 7.2.3 və 7.5-ci bəndlərinin, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyesteri haqqında”Azərbaycan Respublikası 12.12.2003-cü il tarixli Qanunun 14.1.7-ci maddəsinin və Dövlət Sosial Müdafiəsi Fondunun
Nizamnaməsinin 4.5.4 və 4.11.8,5.1-ci bəndlərinin ƏƏSMN-ə və DSMF-yə aidiyyatı yoxdur.”
Bu sözləri ali təhsilli icra məmuru B.Babayev deyir. Yəni, təhsilini o dərəcəyə çatdırıb ki, Prezidentimizin Fərmanlarını, Dövlətimizin Qanunlarını görməzdən gələ bilir!!!
Bir də ki... cənab B.Babayev, siz “DSMF özəl təşkilatdır” dedikdə nəyi və kimi nəzərdə tutursuz? Elə isə kimdir bu özəl təşkilatın sahibkarı? Xərc çəkib, milyonlar xərcləyib özəl DSMF-mı qurublar, bizim xəbərimiz yox?! Zəhmət olmasa, bu özəl qurumun sahibinin ad və soyadını açıqlayın, biz də bilək.
Beləliklə, cənab B.Babayev və ƏƏSMN və DSMF-dəkilər o qədər oxuyub, təhsil alıblar ki, artıq hörmətli Prezidentimizin təsdiq etdiyi Fərmanları görməzdən gələ biliblər.
Möhtərəm Prezidentimiz o Qanun və Fərmanları bəzi rəhbər vəzifəli şəxslər tərəfindən düzəliş və təhrif etmələri üçün yox, məhz rəhbərlik etdikləri qurumları bu hüquqi aktlara əsasən idarə etmələri üçün imza və təsdiq edib!!! Heç bir kəsin həmin hüquqi sənədləri görməzdən gəlməyə hüququ Yoxdur! Cənab B.Babayev isə bildirir: “Həmin hüquqi sənədlərə DSMF-də ehtiyac yoxdur. Onlar istədikləri qədər vəzifə adları icad edib işə götürə bilərlər.”
Hörmətli Yasamal rayon İcra Baş İdarəsinin rəhbərliyi, çox xahiş edirəm, cənab B.Babayevə publik ilə özəl təşkilat arasındakı fərqi izah edin. Və...mənim ştat cədvəlinə uyğun iş istəməyimi ƏƏSMN və DSMF-də,
həmçinin cənab B.Babayev vəzifə istəməyim kimi alqılayırlar. Elə deyil, ay cənab B.Babayev. Mən hörmətli Prezidentimizin, Dövlətimizin yuxarıda istinad etdiyim Fərman və Qanunlarına əsaslanan, DSMF-nin strukturunda ştat cədvəli üzrə müvafiq iş istəyirəm. Zəhmət olmasa, məni bu formada başa düşün. Hər şeyi düzəliş və təhrif etdiyiniz kimi, mənim fikir və məqsədimi də təhrif etməyin!
Cənab B.Babayev, dəfələrlə etdiyim xahişimi bir daha təkrarlayıram:
Azərbaycan Respublikası “İcra və Probasiya haqqında” Qanunun8.3.-cü maddəsinə əsasən siz icraata başlamaq haqqında qərarın surətin mənə göndərməlisiniz. Xahiş edirəm həmin qərarın surətini mənə G Ö N D Ə R İ N!!!(Yenixeber.org)
Qarşı tərəflərin cavab haqqını tanıyırıq.