Axtarış...

“Leylək” restoranında ATIŞMA - Tutulanlardan biri əslən bakılıdır

“Leylək” restoranında ATIŞMA - Tutulanlardan biri əslən bakılıdır

Moskvanın Malaya Bronnaya küçəsində yerləşən restoranda atışmanı kriptovalyuta biznesmeni Aleksey Dolqix törədib.

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, atışma iştirakçıları onun “Lamborghini Urus” avtomobili ilə hadisə yerindən qaçıblar.

“Moskvada atışma iştirakçılarının qaçdığı “Lamborghini Urus”un sahibi müəyyənləşib. Onun 35 yaşlı kripto-biznesmen Aleksey Dolqix olduğu ortaya çıxıb”, - məlumatda vurğulanır.

Qeyd olunur ki, hazırda həmin şəxs müstəntiqlər tərəfindən dindirilir. Aleksey bu idman avtomobilini təxminən bir ay əvvəl 35 milyon rubla (380 min dollardan çox) alıb. Bildirilir ki, o, həm də çirkli pulların yuyulmasında şübhələnildiyi üçün Rusiya banklarının qara siyahısındadır.

Bundan əvvəl də atışmada iştirak edən 33 yaşlı Dmitri X. saxlanılıb. O, əslən bakılıdır, Moskva vilayətinin Leninski şəhər rayonunda yaşayır, ailəlidir və uşaqları var. Axtarış zamanı onun üzərindən biri qeydiyyatda olmayan iki travmatik tapança aşkar edilib.

Malaya Bronnaya küçəsində yerləşən restoranda atışma ziyarətçilər arasında münaqişə zəminində baş verib. Bəzi məlumatlara görə, travmatik silahdan istifadə edilib. Şübhəli saxlanılaraq polis bölməsinə aparılıb. Məlumata görə, insident “Leylək” restoranında baş verib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz