"Şərur Regional Tibb Mərkəzində özbaşınalıq baş alıb gedir. Dövlət müəssisəsinə işçilər rüşvət əsasında alınır. Bununla bağlı ali orqanlara dəfələrlə məktub ünvanlamışıq, işlərə baxılmır". Bu barədə Dia-az.İnfo-ya işçilər adından edilən müraciətdə deyilir.
Müraciət müəllifləri olduqca ciddi ittihamlar səsləndirərək konkret KORRUPSİYA VƏ RÜŞVƏT faktlarını da ifşa edirlər. Müraciətdə daha sonra deyilir:
"Təsərüfat işçiləri 4-5 min, tibb işçiləri 10 min, təcili tibbi yardima isə 12 min rüşvət verməklə işə daxil olmaq olur. Regional məkəzin direktoru Bayram Mikayılov qaranlıq keçmişi olan, dəfələrlə cinayət məsuliyətinə cəlb edilən kriminal şəxs olmağına baxmayaraq bu vəzifəyə təyin edilib.
Bayram Mikayılov son 2 ay ərzində mərkəzə bu məbləğlər alınaraq 50 -yə yaxın şəxs işə götürüb. İmkanı olmayan şəxslər isə dövlətin müəssisəsinə işə girə bilmir. Respublikanın digər rayonlarından həkim adı ilə gətirdiyi rezidentləri, saxta sənəd əsasında ixtisaslı həkim kimi işə götürüb. İmkanı olmayan şəxslər isə dövlətin müəssisəsinə işə girə bilmir..."
Qeyd edək ki, daha sonra müraciətdə olduqca ağır ittihamlarla dolu iddialar səslənib. Bu barədə müəyyən araşdırmadan sonra bilgiləri nəzərinizə çatdıracağıq. Bizi izləməyə davam edin...
ARDI MÜTLƏQ OLACAQ...
Dia-az.İnfo