Bir neçə gün əvvəl Akademik Zərifə Əliyeva adına Milli Oftomologiya Mərkəzində qalmaqal yaşanıb. Reportyor.info xəbər verir ki, iki vətəndaş Mərkəzə müayinəyə gəlib. Onların hərəsində 30 manat pul alınıb, lakin qəbz təqdim edilməyib. Vətəndaşlar bunun qeyri-qanuni olduğunu iddia ediblər. Onlardan biri baş verənləri videoya çəkərək sosial şəbəkələrdə paylaşıb. Həmin görüntüləri təqdim edirik.