"Bu avtobus biletidir...." Dia-az.İnfo bildirir ki, bunu öz gileyində ictimai fəal Nüsrət Quliyev ifadə edib.
Beynəlxalq Avtovağzaldan aldığı biletlə öz istədiyi yerə qədər yox, bileti satan "Azerbaijan Ground Services" MMC-nin istədiyi yerə qədər getməli olan narazı vətəndaş daha sonra bildirir:
"Deməli, yaxınlaşdım xəzinəyə Şəmkir rayonunun Düyərli kəndinə bilet istədim.
Mənə Qırmızı Körpü qiymətinə 19 man 20 qəpiyə bilet sırıdılar. Dedim, mən Şəmkirin kəndinə gedirəm, kilometraj fərqi var, xeyri olmadı.
Bu da dələduzluğun yeni formasıdır, Bakı Beynəlxalq Avtovağzalında...."