Abdin Fərzəliyevə qarşı Abşeronda təxribatı kim törədir? - VİDEO
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Uzun müddətdir ki, Abşeron rayonunun Xırdalan şəhəri ərazisində və digər kənd və qəsəbələrində inşaası həyata keçirilən qanunsuz tikililərlə, şəhərin ayrı-ayrı ünvanlarında yaşayış binalarına məxsus zirzəmilərin qazılması ilə, bir sözlə layihə planında nəzərdə tutulmayan konstruksiya işlərinin aparılması ilə bağlı həyacan təbili çalınsa da, hələ də bu kimi işlərə cavabdehlik daşıyanlar qol qoyulanlara göz yummaqda davam edirlər. Yəni, artıq bu gün Abşeron rayonu ərazisində elə bir mənzərə əmələ gəlib ki, qol qoyulan qanunsuzluqları görən hər kəs şoka deyil, birbaşa “şökə” düşməli olur. Bu kimi səbəblər üzündəndir ki, Xırdalan şəhər sakinləri “Yaşadığımız şəhərin ərazisində elə bir qanunsuzluqllar, elə bir həngamələr baş verir ki, baş verənlər sanki sərhəd tanımır” deyirlər. Redaksiyamıza daxil olan məlumatlara görə, bu gün də bəzi işbazlar qanunsuz tikinti işləri aparırlar, heç bir sənəd-sübut olmadan yaşayış binalarının zirzəmilərini qazıb, zirzəmilərdə özləri üçün obyekt yaradırlar. Əsl biabırçılıq o olur ki, işbazlar bu yöndə addımlarını atarkən sakinlərin taleyini düşünmürlər. Unutmaq olmaz ki, onların belə bir addımları atmalarına müxtəlif amillər səbəb olur. Məsələn, adicə bir faktı qeyd edək ki, bu günlərdə Xırdalan şəhəri, Qalubiyyə küçəsi- 39 ünvanında hansısa işbaz yaşayış binasının zirzəmisinə qarşı əməlli-başlıca “hücuma keçib” və hal-hazırda həmin şəxs binanın zirzəmisini "tarmar" etməklə məşğul olur. Dolaşan söz-söhbətlərə görə, Abşeronda elə vəzifə sahibi var ki, həmin şəxs işbaza arxa-dayaq durur və ara-sıra icra başçısı Abdin Fərzəliyevin adından da çıxış edir. Həmin vəzifə sahibinin "Abad Abşeron"a rəhbərlik edən Mehman Səfərov olduğu danışılır. Bu şəxs “Abad Abşeron”a rəhbərlik etsə də, faktdır ki, hal-hazırda Abşeronun abadlığından əsər-əlamət qalmayıb.
Ona da diqqət yetirmək lazımdır ki, bu şəxsin adı çox zaman qalmaqallı işlərdə hallanır və sual olunur ki, görəsən rayonun Qalubiyyə küçəsi- 39 ünvanında zirzəmini qazan işbaza Mehman Səfərovun “krışa”lıq etməsindən Abşeron RİH-nin başçısı cənab Abdin Fərzəliyevin xəbəri varmı? Söylənilənlərə görə, elə hallar olur ki, Mehman Səfərov hansısa işi yola vermək üçün RİH başçısının adından çıxış edir. Bu şəxsin belə bir addımını atması, bu gün də ortaya çoxsaylı sualların çıxmasına səbəb olur. Yəni, görəsən cənab Abdin Fərzəliyev Mehman Səfərova belə bir səlahiyyət veribmi? Söz yox ki, bütün bunların hər biri lazımi səviyyədə araşdırılmalıdır ki, rayon rəhbərliyi baş verənlərdən müəyyən qədər xəbərdar ola bilsin. Artıq biz baş verənləri az-çox başa düşürük, başa düşmədiyiyimiz hal isə odur ki, görəsən Fövqalədə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinə rəhbərlik edən Vaqif Fətullayev və bu şəxsin tabeliyində çalışan şəxslər hara baxırlar ki, hansısa işbaz Qalubiyyə küçəsi -39 ünvanında sakinlərin həyatına təhlükələr yaratmaqla məşğul olur? Digər tərəfdən o da ola bilər ki, Regional Mərkəzə rəhbərlik edən Vaqif Fətullayev, hal-hazırda Qalubiyyə küçəsi- 39 ünvanında zirzəmini “tarmar” edən həmin işbaza arxa-dayaq duran vəzifə sahiblərindəndir. Əgər bu belədirsə, o halda nəyə görə Vaqif Fətullayev Fövqalədə Hallar Naziri cənab Kəmaləddin Heydərovun “Misri qılınc”ından ehtiyat etmir? Yoxsa, bu şəxs də FHN-ni saya salmır? Bir sözlə, ortada müəxtəlif “əmmalar”, yaxud da kimlərinsə bilmədiyi “müəmmalar” var. Tutaq ki, indiki vaxtda müəyyən bal gücündə zəlzələ baş verdi, o halda kim təminat verə bilər ki, Qalubiyyə küçəsi- 39 ünvanındakı yaşayış binası uçmayacaq? Ümumi müşahidələr onu söyləməyə əsas verir ki, ayrı-ayrı işbazlarla Mehman Səfərovun qurduğu işbirliyi, bu gün Abşeronu əməlli-başlıca "döyüş poliqonu"na çevirib. Faktdır ki, ölkə rəhbəri bu günə kimi qanunsuz tikililərin qarşısının alnması məqsıdilə lazımi tapşırıqlarını vermiş və bu məqsədlə müvafiq Sərəncam da imzalamışdır. O halda ortaya belə bir sual çıxır ki, görəsən verilmiş tapşırıqlardan, imzalanmış Sərəncamdan irəli gələn tələblərin "Abad Abşeron"a rəhbərlik edən Mehman Səfərova aidiyyəti yoxdurmu? Yəni, bu haqda bir qədər düşünmək və lazımi nəticə çıxarmaq lazımdır ki, hər kəsin yanaşmasını, mövqeyini müəyyən etmək mümkün olsun. Yoxsa, ...
Bu yöndə araşdırmalarımızı davam etdirəcəyik. Bizi izləməyi unutmayın.