Axtarış...

"Dövlətə kələk gələrək yüz minləri MƏNİMSƏYİRLƏR..." - İTTİHAM VAR...

"Dövlətə kələk gələrək yüz minləri MƏNİMSƏYİRLƏR..." - İTTİHAM VAR...

"Təəssüf ki, Nadir Məmmədli "akademik bazar"ın nadir funksionerlərindən biridir. Ramiz Mehdiyevlə İsa Həbibbəylinin qarşısında and içib aman edərək sevincək Baş direktor gələn, gələndən sonra azacıq da olsa, haqqa dayalı iş görmək əvəzinə, dəstə yaradan, ümummilli maraqların ayaqlar altına atılmasına laqeyd qalan, vəzifə məsuliyyətini R.Mehdiyevə, İ.Həbibbəyliyə və öz şəxsi maraqlarına xidmət kimi dərk edən şəxsdən yaxşı nə gözləmək olar?!" Dia-az.info xəbər verir ki, bu ittihamı AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov səsləndirib.
Dilçi alimimiz daha sonra əlavə edib: "Yaman çoxbilmiş çıxıblar. Qanunsuzluğun ağuşunda kef edərkən bütün günahları ustalıqla, hətta amansızlıq, riyakarlıq, qəzəb və qısqanclıqla ölkə başçısının, Birinci vitse-prezidentin ünvanına yönəldirlər. Halbuki özləri sırf zərərli fəaliyyətlə məşğuldurlar. Bu şəxslər sanki Azərbaycanın dirçəlməsinə mane olacaqlarına and içiblər. İşbazları kim himayə edir institutda? Əlbəttə, Baş direktor Nadir Məmmədli! Adam sanki instituta 60-dan sonrakı ömrün dadını çıxarmağa gəlib. Dəhşətdir! Görün, bunların praktiki olaraq dövlət qurumuna yanaşmaları necədir! Akademşəbəkə üzvlərinin müxtəlif yollarla topladıqları pulları çox ola bilər, amma bu o demək deyil ki, dövləti, xalqı ələ salmalı, aldatmalıdırlar. 10 ildir, o institutdakı haqsızlıqlardan şəxsən mən çox əziyyətlər, zülmlər çəkmişəm və çəkməkdəyəm. Bu adamlar iş görmək əvəzinə aldatmaqla, cibgirliklə məşğul olublar. Dövlətə kələk gələrək rüsvayçı cızma-qaralarını şedevr kimi sırımağa çalışıb və çox vaxt buna nail olub yüz minlərlə dövlət vəsaitini mənimsəyiblər. Vaxtilə ailə-uşaqlarımın dərman pulunu da yeyiblər bu vicdansızlar. İllərdir, müraciət edirəm, özlərini karlığa qoyurlar. Gözləri doymur bunların. İsa Həbibbəyli başda olmaqla Möhsün Nağısoylu, indi də Nadir Məmmədli vasitəsilə dövlət qurumunda şəxsi maraqlar tüğyan edir. İnstituta ayrılan yüz minlərin, milyonların taleyi qapqaranlıqdır. Unutmamaq lazımdır ki, Nadir Məmmədli Dilçilik İnstitutunun direktoru vəzifəsini daşıyır. Onun və himayədarlarının bu qədər məsuliyyətsizliyinin ölkə rəhbərliyinin adına yazılması vicdansızlıq, korluq və misilsiz həyasızlıqdır. Bu, həm də ədalətsizlik, vicdansızlıq və qeyri-insanilikdir. Həbibbəylinin və Məmmədlinin yeyimcil adamlarının hamısı Prezident administrasiyasına işarə edərək bir ağızdan deyirlər: "Balıq başdan iylənər". Halbuki balıq özlərindən iylənir, sadəcə, gizlətmək istəyirlər. Mənim kimi alimdirlərsə, bu qədər imkanları haradandır? Halbuki dövlətin ayırdığı vəsait aidiyyəti üzrə xərclənsə, bütün əməkdaşlara kifayət edər, az maaş alanların maaşına normal əlavələr olar və s. Ayrılan yüz minlər, milyonlar hara gedir? Nəticədə, deyirsiniz ki, bu dövlət nə maaş verir? Yaxşı hiyləgərsiniz! Siz varkən bizə düşmən lazım deyil. Dövlət qurumunu rəsmən dövlətin anasını ağaladan vasitəyə çevirmisiniz. Belələrinin ucbatından ölkənin Prezidenti və xalqın sadə kəsimi ağır yük altındadır. Akademşəbəkə məkrli niyyətlərini gerçəkləşdirmək üçün hər cür səfərbər olunub. Bura daxildir: yaltaqlıq, məddahlıq, özünü yazıqlığa qoyma, talama, əlaltdan maddi ziyan vurma, hiylə, fırıldaq, saxtakarlıq, ən əsası, günahı ölkə rəhbərliyinin üzərinə transfer etmə. Nadir Məmnmədli institutun direktoru kimi prosesin iştirakçısıdır, əsas vintlərindən biridir. Milli varlığımızı təhdid edən bu hərəkətlərə qarşı təkcə kasıb duruma salınmış İdris Abbasov mübarizə aparmalıdırmı?! Əlbəttə, son nəfəsinədək aparacaq! Bəs dövlətə, xalqa düşmən kəsilmiş akademşəbəkə üzvlərinin vicdanı heçmi oyanmayacaq?! Yoxsa adlarını alim-ziyalı qoymuş bu işbazlar ölkənin və xalqın zədələnməsi hesabına eyş-işrət içində pullarının üstünə pul gətirməli, akademik rütbəsi, daha nələr və nələr güdməli, üstəlik də, İdris Abbasovu öz dəstə üzvləri ilə təhdid etməlidirlər?! Hətta düşünməlidirlər ki, Heydər Əliyev Fonduna yönləndirə bilmədiksə, manevrlər edək, dövlətin büdcəsindən bir-iki manat birdəfəlik maddi yardım verib minnət qoyaq İ.Abbasova, susduraq, utandıraq, baş götürüb çıxıb getsin və xəyanətlərimizi rahat davam etdirək?! Həyasızlığın və vicdansızlığın pik həddi budur! Xəyanətlər isə heç vaxt bağışlanıla bilməz!.."
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz