Axtarış...

Flora Kərimova Ülviyyənin alovunu söndürdü

Flora Kərimova Ülviyyənin alovunu söndürdü

Apellyasiya Məhkəməsində xalq artisti Flora Kərimovanın jurnalist Ülviyyə Alovlu barəsində şikayətinə baxılıb.

Bu haqda müğənni özü məlumat yayıb.

O bildirib ki, məhkəmə onun xeyrinə qərar çıxarıb:

"Apellyasiya Məhkəməsi Ülviyyə Alovlunun “Floranı udmuşam” qısa təntənəsini təkrar haqlı zəfərimlə sonlandırdı. Bilgi, təmkin, alicənablıq insanın naxışıdır. Haqqın vicdanlı keşikçisi olmaq hünərdir. Tanrının bəxşişi olan bu insani simaların sahibi olmaq isə şərəfdir. Apellyasiyanın ədalətli hakimlərinə çox sağ olum var".

Qeyd edək ki, F.Kərimovanın təhqir və böhtanlardan şikayətinə əsasən, Ü.Alovluya qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 və 148 maddələri ilə cinayət işi başlanılmışdı.

Ü.Alovlu bir müddət əvvəl "Flora Kərimova məni verdiyi Apellyasiya Məhkəməsində də növbəti dəfə uduzdu" paylaşımını etmişdi.(Axşam)
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz