Axtarış...

“Bu söhbətləri hətta yaxınlarım da edibsə, qələt ediblər” - Ziya Məmmədovdan SƏRT REAKSİYA

“Bu söhbətləri hətta yaxınlarım da edibsə, qələt ediblər” - Ziya Məmmədovdan SƏRT REAKSİYA

Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun Azərbaycandan köçməsi ilə bağlı xəbər yayılıb. Yayılan xəbərdə onun ABŞ-yə köçdüyü qeyd edilib.

Manset.az məsələ ilə bağlı Ziya Məmmədovla əlaqə saxlayıb. O, açıqlamasında müəmmalı fikirlər səsləndirib.

Sabiq nazir əvvəlcə Azərbaycandan köçdüyünü təsdiqləsə də, daha sonra bunu inkar etməyə çalışıb.

“Mən ABŞ-yə yox, Kanadaya köçmüşəm və burada yaşayıram. İndi Azərbaycana gəlmişəm. Mənə maraqlıdır bu detallar kimə lazımdır? Kimsə mənim haqqımda nəsə yazırsa, mənə maraqlı deyil, boş söhbətlərdir. Mən camaatın istəyi ilə yaşamıram. Bu məsələni də kim deyibsə, hətta mənim yaxınlarım belə olsa, qələt ediblər.”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz