Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna yeni sədr seçilib.
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsi müzakirəyə çıxarılıb.
Yığıncaqda deputat Kəmaləddin Qafarovun işçi qrupuna sədrliyi təsdiqlənib.
Qeyd edək ki, o bu vəzifədə mərhum deputat Qənirə Paşayevanı əvəzləyib.