MilliTV.az
İtaliya deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti bu gün Ağdam rayonuna səfər edəcək.
Bu barədə XeberOxu.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
İtaliyalı deputatlar işğaldan azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olacaqlar. Onları Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, digər deputatlar müşayiət edəcəklər.