Axtarış...

Şahin Bağırov da özünü doğrultmasa... - Bu dəfə ONA ŞANS VERİLƏCƏK...

Şahin Bağırov da özünü doğrultmasa... - Bu dəfə ONA ŞANS VERİLƏCƏK...


Görünən odur ki, Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsindən kənarlaşdırılması, Şahin Bağırovun DGK-yə 1-ci müavin təyin,daha sonra komitənin sədri təyin edilməsi çox düzgün qərardır.

Mövzunu Faktinfo.az saytına izah edən mənbə onu da bildirir ki, həqiqətdə Şahin Bağırovun sabiq sədr Aydın Əliyevdən sonra DGK-yə rəhbərlik etmək üçün yuxarı çevrədə üç namizəddən biri kimi adı keçib.

Digər namizədlər Səfər Mehdiyev və Bakı Baş Gömrük İdarəsinin keçmiş rəisi Vüsal Novruzov olub. İlk əvvəl Vüsal Novruzovun üzərində dayanılsa da, həlledici anda Səfər Mehdiyevə üstünlük verilib. Elə ki, Səfər Mehdiyev DGK-yə sədr təyin edildi, özünə rəqib bildiyi hər iki şəxsi gömrük orqanlarından uzaqlaşdırdı.

"Hazırda gömrük orqanlarında aparılan islahatlar və yığım faizi söyləməyə əsas verir ki,Şahin Bağırov faktoru Dövlət Gömrük Komitəsinin digər nazirliyə birləşdirilməsi prossesinin də qarşısını ala bildi",-deyə vurğulanır. //Faktinfo.az//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz