Axtarış...

Zəngəzur dəhlizi bölgə xalqlarının rifah halının yüksəlməsinə xidmət edəcək

Zəngəzur dəhlizi bölgə xalqlarının rifah halının yüksəlməsinə xidmət edəcək
II Qarabağ müharibəsinin nəticəsi, Azərbaycan Ordusunun yaratdığı yeni reallıq Cənubi Qafqazda balansın dəyişməsinə səbəb oldu. Azərbaycan 44 günlük müharibədə qələbəsini diplomatik müstəviyə çıxardı. 2020-ci ilin noyabrında imzalanmış üç tərəfli bəyannamənin 9-cu maddəsi Azərbaycan ərazisinin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizinin açılmasına icazə verib. Dəhliz Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan və İran arasında dəmiryolu şəbəkəsinə geniş imkan verəcək, həmçinin Asiya-Sakit okean regionundan Türkiyəyə Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Ermənistanı birləşdirən bir çox ticarət maşurutları açacaq. Bu Şərq-Qərb dəhlizinin və Xəzər nəqliyyat şəbəkəsinin daha da möhkəmlənməsinə töhvə verəcək. Prezident İlham Əliyev Zəngəzur dəhlizinin strateji əhəmiyyətini müxtəlif regional beynəlxalq forumlarda o cümlədən BMT-nin Asiya və Sakit Okean üzrə iqtisadi və sosial komisiyasının 77-ci iclasındakı çıxışlarında qeyd edib. Azərbaycan Prezidenti müsahiblərində və çıxışlarında qeyd edib ki, dəhliz Türkiyə, Azərbaycan, bütövlükdə region, o cümlədən Ermənistan üçün yeni imkanlar yaradacaq. Ermənistanla İran arasında dəmiryolunun tikintisi yəqinki, 20 ildir müzakirə olunur, amma reallıqda hələ də heç nə yoxdur. Çünki bu layihə minumum üç milyard dollar tələb edir. Amma Naxçıvan, İran arasında dəmiryolu xətti var-ondan istifadə edə bilərlər. Zəngəzur dəhlizinin ən böyük regional və beynəlxalq əhəmiyyəti var. Bu dəhlizdən istifadə edəcək Gürcüstan, İran, Türkiyə və Rusiya eləcə də Qərb və Ərəb dövlətləri qazanacaqlar. Bəzi iqtisadçı ekspertlərin fikirinə görə Zəngəzur dəhlizi açıldıqdan sonra Çin dövlətidə bu yoldan əhəmiyyətli dərəcədə faydalana bilər. İraq Respublikası artıq Zəngəzur dəhlizi layihəsinin iştirakçısı ola biləcəyini açıqlayıb. Bu gün dünyada ərzaq böhranı, su çatışmamazlığı, artan nəqliyyat və Qərbin Rusiyanın tranzit dəhlizlərinə tətbiq etdiyi sanksiyalar region dövlətlərini Avropa və Asiya arasında alternativ nəqliyyat marşurutları aparmağa vadar edir. Artıq bu gün Zəngəzur dəhlizinin əhəmiyyəti region dövlətlər arasında getdikcə artan danışıqlar mövzusu olub. 2020-ci ildə Qarabağ savaşından sonra regionda həlledici əməkdaşlıq yaradan Zəngəzur dəhlizi regionun geoiqtisadi dəyərini artırmaq potensiyalına malikdir. Lakin İran müxtəlif formalarda Zəngəzur dəhlizinə etirazını bildirir. Bəzi siyasi ekspertlərin fikirinə görə İran Zəngəzur dəhlizinin inkişafını bir neçə səbəbə görə ölkəsinin geoiqtisadi dəyərinin aşağı salacağından narahatdır. Burada Naxçıvanın blokadadan çıxarılması Azərbaycanı İrandan asılılığına son qoymasıdır. Zəngəzur dəhlizi reallaşarsa Türkiyə, Böyük Britaniya kimi super güclər Orta Asiyaya gedəcək. İran mediyası İranın qırmızı xəttinə işarə edərək yazır: “İngilislərin İrandan asılı olmadan Asiyanın Şərqinə getmək onların köhnə arzusudur və Cənubi Qafqaz ərazisindən yolun çəkilərək, Xəzər dənizi üzərindən Orta Asiya və digər ərazilərə getmək eyni zamanda Rusiya imperiyası qarşısında bir Türk dünyası yaratmaq 1865-ci ildə İngilislərin kəşfiyyat xidmətinə işləmiş şərqşünas yəhudi əsilli Armin Vanberi tərəfindən verilmişdir. Həmin layihə əsasında 1932-ci ildə İranla Türkiyə arasında ərazi mübadiləsi baş verdi və Türkiyə Naxçıvanla quru sərhədə malik oldu. Hal-hazırda Türkiyənin Ermənistanın cənub ərazisindən keçərək Azərbaycan vasitəsilə Orta Asiyaya qoşulması planlaşdırılır. Bu isə bir NATO ölkəsinin Qafqaz və Orta Asiyaya nüfuzunun genişləndirilməsi deməkdir.”


İran müxtəlif formalarda Zəngəzur dəhlizinə etirazını bildirir

ABŞ-İran qarşıdurmasına baxmayaraq, bu gün ABŞ Ermənistanın İranla iqtisadi əlaqələrinə göz yumur. Bununla İranın Zəngəzur dəhlizinin açılmamasına sanki rəvac vermiş olur. Təksə ABŞ deyil, Fransa bölgədə Azərbaycan və Türkiyənin möhkəmlənməsindən ciddi narahatlıq keçirirlər. İranda bunu İran-Ermənistan iqtisadi əlaqələrinin artım dinamikasına mane olacağına hesablayırlar.

Burdan bir daha aydın olur ki, böyük güclər xalqın mənafeyini şəxsi maraqlarına, şəxsi ambisiyalara qurban vermiş olurlar. Azərbaycan dövlətinin hərbi, diplomatik siyasi qələbəsi nəticəsində ermənistan heç zaman çıxa bilməyəcəyi bataqlığa düşüb. Rusiyanın forpostu sayılan, sonradan Rusiyaya arxa çevirib Fransanın forpostuna çevrilən qondarma “ermənistan dövlətin”dən İran nə gözləyə bilər? Ermənilərlə bağlı I Pyotrun “vəsiyyəti” də artıq mahiyyətini itirib. 200 illik erməni mifi dağılıb tarixin arxivinə atılıb. Bu qeyri-sabit, sosial vəziyyəti xeyli aşağı olan bu ölkə ilə İran hansı iqtisadi əlaqələr qura bilər? Qarabağ torpağı ermənistanın işğalında olanda Azərbaycan xalqının istəyi bu idi ki, Türkiyə kimi qardaş İranda ermənistanla sərhədi bağlasın, və ya iqtisadi əlaqələrə az yer versin. Azərbaycan dövləti, xalqı İrana qarşı bu incikliyi heç vaxt biruzə verməyərək səbr nümayiş etdirərək İrana dost, qardaş ölkə kimi yanaşdı. İranın keçmiş prezidentləri hər dəfə Bakıda rəsmi səfərdə olarkən Azərbaycan və İran xalqlarının əbədi dost, qardaş olduqlarını dilə gətirərək demişdilər: “Azərbaycanın güclü olması İranın güclü olması deməkdir. İranın güclü olması Azərbaycanın güclü olması deməkdir”. Bu gün Azərbaycan dünyada ən güclü dövlətlərdən biri sayılır. Azərbaycan Prezidenti beynəlxalq təşkilatlarda İranın dinc məqsədləri üçün nüvə proqramına daim dəstək verib.

Azərbaycan torpağından hər hansı bir ölkənin İrana qarşı hərbi paliqon kimi istifadə edəcəyi ilə səslənən fikirləri Azərbaycan Prezidenti rədd edərək demişdir: Heç bir dövlət bizim suveren ərazimizdən hərbi poliqon kimi istifadə edə bilməz.

Keçən il may ayında Şuşada “Geosiyasətin formalaşması və keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən konfransda Azərbaycan Prezidentinin tənqidi yanaşma mövqeyi ABŞ, Qərb ölkələri üzərində daha çox köklənmişdir. Bu konfransın iştirakçılarının əksəriyyəti ABŞ, Qərb ölkələrinin tanınmış alimləri və müxtəlif fondların icraçı direktorları idi. Azərbaycan Prezidentinin Amerikanın məşvərətçilər sammitinin icraçı direktoru David Merkelin İranla bağlı sualına Azərbaycan Prezidenti qonşuluq siyasətinə sadiq qalaraq belə cavab vermişdir; “İran Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. BMT-də İslam Əməkdaşlıq Təşkilatı daxilində İran ölkəmizin ərazi bütövlüyünün lehinə səs verib. Prezident İranla ticarət əlaqələrini yüksək qiymətləndirmiş, Şimal-Cənub dəhlizinə toxunmuşdur. Baxmayaraq ki, iki ölkə arasında gərginlik qaldırılmayıb. Keçən il Şuşada keçirlən növbəti tədbirlərin birində isə Azərbaycan Prezidenti İranın “İrna Azərbaycan” agentliyinin Bakı bürosunun açılmasına razılıq vermiş, onların fəaliyyətinə uğurlar arzulamışdır. Keçən ilin payızında Daşkənddə İran və Azərbaycan prezidentləri arasında görüşü yada salaq. Bu görüşün mahiyyəti hər iki ölkənin dərin köklərə malik olduğunu göstərdi. Ən əsası odur ki, hər iki ölkənin prezidentlərinin “düşmənlərimizin İran və Azərbaycan arasında qarşıdurma, fitva yaratmaq istədikləri ürəylərində qaldı” ifadəsi oldu.


İran və Azərbaycan arasında əməkdaşlığın, qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı yüzdən çox yazının müəllifi kimi deyirəm: dalana dirənən, dünya güclərinin əlində alətə dönmüş, gələcəyi qaranlıq görünən qondarma bir “dövlət” olan ermənistanı qorumağa, onu sağaltmağa çalışan Fransa və ABŞ-dakı erməni lobbisi ilə İran İslam Respublikasını bir cərgədə görmək məndə acı təəssürat oyadır. Nə isə. Bu ayrı bir yazının mövzusudur. Bu günün müzakirə mövzusu Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi Azərbaycanın tarixi nailiyyətidir. Azərbaycanın güclü dövlət olmasını istəyənlər bu tarixi nailiyyətləri qiymətləndirməyi bacarmalıdırlar.
[/justify]

Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü.


[justify]Azərbaycanın şairi və dramaturqu Hüseyn Cavidin bu kəlmələri bu gündə aktual səslənir. Bu misralar zamanın gərdişinin dərindən duyan dahi sənətkarın münaqişə, müharibəyə və digər qanlı olayların hələ uzun illər düşmənlərə hakim kəsiləcəyini şair qəlbi ilə hiss etdiyinin nişanəsidir

Mirzəağa Məmmədli
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz