Axtarış...

AQTA vəzifəsinin öhdəsindən niyə gəlmir? İDDİA

AQTA vəzifəsinin öhdəsindən niyə gəlmir? İDDİA

Ölkədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adlı böyük bir qurum var. Həmin qurumun yarıtmaz fəaliyyətindən vətəndaşlar tez-tez mediaya şikayət edirlər. Bəri başdan qeyd edək ki, bu şikayətlərə baxan yoxdur.

Ölkədə AHİK-ə məxsus çoxlu sanatoriyalar, pansionatlar, istirahət evləri, onlara məxsus böyük torpaq əraziləri var. Bu müalicə-istirahət obyeklərinin hər birinin yaxşı pul qazanan rəhbərləri, tibb personalları, aptekləri, stolovaları, çayxanaları, restoranları, çimərlikləri, plyajları, maşın dayanacaqları və istirahət üçün vacib olan digər obyeklər fəaliyyət göstərir.

Yuxarıda adlarını sadaladığımız sanatoriyaları, pansionatları və digər müəssisələri əhali faktiki olaraq soyğunçu obyektlər kimi tanıyır və şikayət edirlər. Ərizə yazandan, şikayət edəndən sonra əlacı hər yerdən kəsilən xəstələr məcbur olub əsanatoriya yollayışlarını (putyovkaları) minnətlə 350-500 manat rüşvətlə əldə edirlər. Daha sonra xəstələrin əksəriyyəti həkimlərin yazdığı iynə-dərmanları öz pulu ilə alıb, müalicə olunmaq zorunda qalırlar. Faydası da olmur. Ümumiyyətlə, sanatoriyaların heç birində sanitar-gigiyenə qaydalarına riayət olunmur, qayda-qanuna məhəl qoyan yoxdur.

AHİK-ə məxsus sanatoriyalarda, pansionatlarda müalicə alan, istirahət edən insanların ən çox şikayətləndiyi onlara verilən yeməyin həddindən çox keyfiyyətsiz olmasıdır. İnsanların hamısı sanatoriya və pansionatlarda verilən yağın və ətin mənşəyinin naməlum olduğunu iddia edirlər.

Müalicə alan insanlar sanatoriya və pansionatlarda hazırlanan bütün yeməklərdə PALMA yağından istifadə edildiyini şikayət edirlər. Eləcə də digər qida və yeyinti məhsullarının, xüsusən hər gün yüzlərlə insanın qabağına qoyulan ət yeməklərilə qidalanmağın mümkün olmadığından şikayətlənirlər.

Sanatoriya və pansionatların yeməkxanalarına girən kimi müalicə alan və istirahət edən insanları dərhal xoşagəlməz, ürəkbulandıran iy qarşılayır ki, bu da hər kəsin əsəblərini tarıma çəkir, sağalmaq, istirahət əvəzinə insanlar cürbəcür xəstəliklərə mübtəla olurlar.

AHİK-ə aid sanatoriya və pansionatlara məxsus yeməkxanada təhlükəli qida və yeyinti məhsullarından istifadə olunmasının bir əsas günahkarı da Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir.
Bu qurum özünü doğrulda bilmir, dövlətin tələb etdiyi normaları yerinə yetirmir. AQTA-nın adını hansı mağazada, marketdə, stolovada, meyvə-tərəvəz satılan yerdə çəkirsənsə, dərhal cavab verirlər ki, "hesabını verib, yola salmışıq"!..

Atalar çox yerində deyib: "Məscidin qapısı açıq olanda nə olar, gərək .... .. abır-həya ola"!..

Yaxşı, bu dövlətin sahibi, dövləti düşmənlərdən qorumaq üçün igid oğullarını qurban verən XALQa və sizə etibar edib, vəzifə tapşıran cənab ölkə Prezidentinə niyə xəyanət edirsiniz, məmurlar?!..
/seherxeber.org/az/
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz