Axtarış...

İnam Kərimova işçisindən şikayət var - xahiş edirlər ki...

İnam Kərimova işçisindən şikayət var - xahiş edirlər ki...

Beyləqan rayon bir qrup sakinindən AzFakt.com-a daxil olan şikayətdə bildirilir ki, Bolsulu kəndində fəaliyyət göstərən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Mil Təcrübə Stansiyasında vəziyyət keçmiş nazir Heydər Əsədovun dövründəki kimidir. Belə ki, təcrübə stansiyasının direktoru İmamverdi Alıyev hələdə keçmiş nazirin “havası”nda qalıb. Şikayətçilər bildirirlər ki, İmamverdi Alıyev Mil Təcrübə Stansiyasının torpaqlarını öz şəxsi malı kimi istifadə edir. Sakinlər Kənd Təsərrüfatı Naziri İnam Kərimova müraciət edərək Mil Təcrübə Stansiyasında yoxlama aparılması ilə bağlı göstəriş verməsini xahiş edirlər.

Qeyd edək ki, İmamverdi Alıyev adı çəkilən qurumda uzun müddətdir direktor vəzifəsində işləyir.Mil Təcrübə Stansiyası ilə bağlı şikayətçilərin AzFakt.com-a verdikləri digər məlumatları araşdırdıqdan sonra oxucularımıza təqdim edəcəyik .

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Text-to-Speech

DİNLƏ






Şərh yaz