Axtarış...

Taksilər kəskin bahalaşacaq - İDDİA

Taksilər kəskin bahalaşacaq - İDDİA


"Bakıda ənənəvi taksi xidmətinin fəaliyyəti genişlənəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov son günlər özəl taksi xidmətində gediş haqqının bahalaşmasına aydınlıq gətirərkən deyib.

Ekspert özəl taksi xidmətində qiymətlərində müşahidə edilən bahalaşamanın davam edəcəyini vurğulayıb:

"Vəziyyətdən istifadə edib taksi sürücüləri qiymətlərini bahalaşdıracaqlar. Xüsusi ilə də bayram günlərində qiymətlər kəskin artacaq. Qarşıdan isti aylar, uzunmüddətli tətillər gəlir. Tətil günlərində bahalaşma davam edəcək. Payız aylarında isə alternativ variantların olacağını ehtimal edirəm".

Aslan Əsədov hesab edir ki, həmin müddətə kimi ənənəvi taksi xidməti ilə bağlı müraciətlər üstünlük təşkil edəcək:

"Məsələn, əvvəl 3 manata gedilən yol bu gün 10-12 manat arasında təşkil edir. Sərnişin sifarişin baha olduğunu bilir, amma ənənəvi taksi xidmətinə müraciət edəndə baxırsan ki, 10 manata xidməti 5-6 manata həyata keçirirlər. Ənəvi xidmət bazarda yerini möhkəmləndirəcək. Bütün bunlara səbəb 15 ildən artıq işləyən avtomobillərin istifadəsinə qoyulan qadağadır".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz