Azərbaycanın tanınmış bankirlərindən olan Turan İsmayılov özünə ABŞ-da bahalı mənzil alıb. Dia-az.info xəbər verir ki, bu barədə məlumatı tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşıb.
Jurnalist bildirir ki, “Rabitəbank” ASC-nin İdarə Heyətinin sabiq sədr müavini, hazırda “Finoko” bank olmayan kredit təşkilatının (BOKT) baş direktoru vəzifəsini icra edən Turan İsmayılov Nyu-Yorkun Manhetten səmtində 735.000 dollar dəyərində mənzil alıb.
Mənzil Nyu-York, 250 S End Ave Apt 8e ünvanında yerləşir.
Alqı-satqı ötən ilin dekabrın 20-də olub.