Axtarış...

Elman Rüstəmovun qızı iranlı qadınla şərikLI şirkət açıblar: atası Süsənə 1.7 milyonluq mənzil bağışlayıb – FOTOLAR


Baş nazirin müşaviri, Mərkəzi Bankın sabiq rəhbəri Elman Rüstəmovun ikinci qızı Süsən Rüstəmova Londonda şirkət açıb. JAMAZ.İNFO xəbər verir ki, bu məlumatı tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.

O bildirir ki, London Modalar Kollecinin məzunu olan Süsən Rüstəmova EV LDN LTD-ni İran əsilli Anita Nazənin Şahi ilə ortaqlıq əsasında bu ilin yanvarında təsis edib. Şirkət keçmiş baş bankirin qızına məxsus Belvedere Row Apartments 64, Fountain Park Way ünvanında qeydiyyatdan keçib.

Onun yazdığına görə, Elman Rüstəmov Londonun bahalı yaşayış kompleksində yerləşən mənzilı qızına 2 il əvvəl 820 min funt sterlinqə allb. “Elman Rüstəmovun digər qızı Günel Rüstəmova da həyat yoldaşı Cümə Əhmədzadə ilə birgə Londonda bahalı mülkə, Azərbaycanda və Çexiyada otellərə sahibdir. Onların Londonda sahib olduqları Gyunel Limited-in aktivləri 2022-ci ilin maliyyə hesabatına görə 6 milyon funt-sterlinqdən artıqdır”.

JAMAZ.İNFO
Text-to-Speech

DİNLƏ






Şərh yaz