Son vaxtlar ölkəmizdə dələduzluq faktları ilə bağlı şikayətlərin sayı kəskin artıb. Mediada, sosial şəbəkələrdə rast gəlinən şikayətlərdən məlum olur ki, dələduzlar müxtəlif adlar altında vətəndaşları aldadırlar. Problemin bu qədər genişlənməsinin bir səbəbi də odur ki, bəzən dələduzluq cinayətini törədənlərin aldatdıqları vətəndaşların pulunu geri qaytarması təmin edilmir. Bəzən isə cinayət törədən şəxs ağır həbs cəzasına məhkum olunmur, ya da az cəza verilir. Bu da dələduzların sayının artmasına, onların qurbanlarının çoxalmasına səbəb olur.
“AzPolitika.info”-ya verilən məlumata görə, bu yaxınlarda daha bir qrup insan dələduzluq faktı ilə üzləşib. Belə ki, Nizami rayon 2 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyində (MKTB) - "JEK"də (MKTB) baş mühəndis vəzifəsində çalışan Məmmədov Rafiq Fərəməz oğlu və Elşən Məmmədov 5 nəfərə ümumilikdə 40 min manat məbləğində ziyan vurub.
Zərərçəkmişlər iddia edir ki, Məmmədov Elşən xaricdən avtomobil gətirəcəyi vədi ilə ayrı-ayrı şəxslərdən aldığı pul vəsaitini mənimsəyərək ailə problemlerinin həllinə yönəldib. Uzun müddət müxtəlif bəhanəlrlə onları aldadıb, əlavə vəsaitlərini alıb.
Xeyli müddət sonra dələduzluğun qurbanı olduqlarını başa düşən zərərçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət ediblər. Bundan sonra Elşən Məmmədov saxlanılıb, istintaq başlayıb.
Ancaq həmin vaxtdan 7 ay keçsə də, zərərçəkmişlərin heç birinin vəsaiti qaytarılmayıb. Zərərçəkmişlər bu müddət ərzində də davamlı aldadıldıqlarını bildirirlər.
“Hazırda külli miqdarda dələduzluq maddəsi ilə məhkəmə prosesi davam edən Məmədov Elşənin "JEK"də rəhbər vəzifəsində çalışan atası da zərərçəkmişləri aldatmaqla məşğuldur. Belə ki, o, aylardır şəxsi evini satıb borcu bağlayacağını bildirsə də, vədinə əməl etmir. Zərərçəkmişlər dəfələrlə evə müştəri göndərsə də, Rafiq Məmmədov müxtəlif bəhanələrlə müştəriləri geri qaytarır”, – deyə saytımıza verilən məlumatda bildirilir.
Buna görə də zərərçəkmişlər onların aldadıllmasını ata və oğulun birlikdə planlaşdırdıqlarını düşünürlər. Rafiq Məmmədovun da istintaqa cəlb olunmasını tələb edəcəklərini bildirirlər.
O da iddia edilir ki, Rafiq Məmmədov pensiya yaşını keçməsinə baxmayaraq hansisa yollarla tutduğu vəzifədə qalmağa nail olub. Bunun da araşdırılmasını zəruri hesab edirlər.
Zərərçəkmişlər dəymiş ziyan ödənməyəcəyi təqdirdə şikayəti geri götürməyəcəklərini və Məmmədov Elşən barəsində ən ağır cəza verilməsini, eləcə də atasının məsuliyyətə cəlb olunmasını tələb edəcəklərini qeyd edirlər.
Məsələni diqqətdə saxlayacaq, qarşə tərəfin və müvafiq orqanların da mövqeyini işıqlandırmağa çalışacağıq.
“AzPolitika.info”