"Komandamızın üzvü Nazirlər Kabinetinə məktub yazıb ki, bəs bəzi Qırmızı Kitaba düşmüş heyvan növləri Nazirlər Kabinentinin 176 nömrəli qərarında Qırmızı Kitaba düşməyən növlərin siyahısında təqdim olunur və qeyri qanuni ovlanma hallarında dəymiş ziyanları çox azdır, bunu dəyişdirmək lazımdır. Siyahı 1989-cu ildəki Qırmızı Kitaba (1-ci nəşr) əsaslanır. 2013-cü ildə Qırmızı Kitabın 2-ci nəşri çıxıb, üstəgəl 2021-ci ildə Nazirlər Kabineti ETSN in sifarişi ilə bu qərara düzəlişlər edərək ərəblərin sevimli ov quşlarının rəsmi ödənişlərini 1001 manata qaldırmağa başları qarışıb amma əsas qanunu lazımsız kağız parçasına çevirən nöqsanları düzəltmək yaddan çıxıb. İndi də ETSN cavab yazıb ki, gözləyin bir dənə də Qırmızı Kitab çıxsın hamısını bir yerdə edərik". Dia-az.info bildirir ki, bu xatırlatmanı edən ekofəallarımız bir il əvvəlki yazışmanı təsadüfən yeniləmirlər...
Problem yenə də qalmaqdadır. Belə ki, bu barədə yenidən yazan ekofəal Zülfü Fərəcli bildirir: "Bu müraciətimizdən bir il keçib. ETSN-dən Firudun bəy müraciətizə yolaverdi cavab vermişdi ki, Qırmızı Kitab çıxsın məsələyə baxılacaq. Təzə Qırmızı Kitab ötən il dərc olunsa da Nazirlər Kabinentinin müvafiq qərarına heç bir dəyişiklik edilməyib! Oturdum baxdım, təzə Qırmızı Kitabda 4 zooloji sinif üzrə NK siyahısında olmayan 72 növ var (tam siyahı şərhdə)! Yəni siz bu növləri ovlasanız nə təbiətə dəymiş ziyan bilinmir, nə də ki cərimələr! Məsələn gedin nəsli kəsilməkdə olan Xəzər suitisini öldürün heç kim bilməyəcək dəymiş zərər nə qədərdi, çünki bu bədbəxt heç siyahıda yoxdur! Soruşaq görək onda Qırmızı Kitabı yeniləmək nəyə lazım idi??? Yəni ETSN bəsit bir qərara lazımi düzəlişləri belə edə bilmir!
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaz da gəlib bəlkə biraz aktivləşib heç olmasa bu gülünc vəziyyəti düzəldəsiniz?"