Axtarış...

Yevlaxın başçısı şəhid ailələrinin iştirak etdiyi tədbirlərdən niyə yayınır? – Hərbi ekspert soruşur


Yevlaxın başçısı şəhid ailələrinin iştirak etdiyi tədbirlərdən niyə yayınır? – Hərbi ekspert soruşur
Yevlax rayon icra başçısı Anar Tağıyev rayonda şəhid ailərinin iştirak etdiyi tədbirlərə şəxsən özü qatılmır, müavini Xaliq Əliyevi göndərir.

Ovqat.com-un məlumatına görə, hərbi ekspert, AYB və AJB-nin üzvü, yazıçı Natiq Əlisoy bu fikirdədir.

Hərbi ekspert Dialoq.az-da dərc olunan “Rayon rəhbəri soyqırım qurbanlarının anım tədbirinə gəlməyib. Maraqlı araşdırma...” sərlövləli yazısında bu təsbitini dilə gətirib.
Yevlaxın başçısı şəhid ailələrinin iştirak etdiyi tədbirlərdən niyə yayınır? – Hərbi ekspert soruşur

Məqalədə deyilir:

“Yevlax şəhərində 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə anım tədbiri keçirilib.
Anım tədbirində Yevlax Şəhər İcra Hakimiyyəti, YAP Yevlax rayon təşkilatı, rayon Ağsaqqallar Şurası, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri və idarə müəssisələrin rəhbərləri iştirak ediblər. Bu barədə Yevlax Rayon İcra Hakimiyyəti özünün Facebook sosial şəbəkə hesabında paylaşım edib. Təəssüf doğuran məqam ondan ibarətdir ki, keçirilən anım tədbirinə rayon icra hakimiyyətinin başçısı gəlməyib.

Qeyd edək ki, eyni analoji görüntü bir ay içində ikinci dəfədir ki, müşahidə edilir. Belə ki, bundan əvvəl də Yevlax rayonunda 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə ictimai tənqiddən sonra Şəhid ailələri üçün təşkil olunan tədbirə Yevlax rayon icra hakimiyyətinin başçısı gəlməmişdi. 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı keçirilən tədbirdə olduğu kimi 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə keçirilən tədbirdə də Şəhid ailələri ilə görüşə rayon icra hakimiyyətinin başçısı yox, onun müavini Xaliq Əliyev gəlmişdi. Maraqlıdır, görəsən hörmətli Anar müəllim nə üçün Şəhidlərimizlə əlaqəli olan tədbirlərə bu qədər soyuq yanaşır? Hesab edirəm ki, bu kimi əhəmiyyətli tədbirə gəlməmək böyük siyasi səhvdir.
Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin və Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin 31 Mart-Azərbaycanlıların Soyqırımı ilə bağlı tarixi çıxışı:

Maraqlıdır, bir rayon rəhbəri belə bir tədbirə nə üçün gəlməsin? Qısa araşdırma və gəlinən ilkin qənaətlər:

1. Ola bilər ki, ya etdiyimiz əsaslı, sübutlu tənqidlərə və göstərdiyimiz ictimai iradlara baxmayaraq yenə də Yevlax rayon icra hakimiyyətinin başçısı hörmətli Anar Tağıyev Şəhid ailələri, qazilər və veteranlara olan soyuq münasibətini davam etməkdə israrlıdır;

2. Ya da ki, hörmətli Anar müəllim Yevlax rayonunda monotonluqdan yorulub, özü üçün hansısa xəyali digər siyasi post axtarışındadır və bu səbəbdən də öz yerinə tədbirlərə müavini hörmətli Xaliq müəllimi göndər ki, indidən hazır olsun;

3. Ola da bilər ki, elə bir üzürlü səbəb var ki, bizlər bilmirik və s.

Əlbəttə, bunlar bizim ehtimallarımız olsa da, reallıq ondan ibarətdir ki, Şəhidlərimizlə, qazilərimizlə bağlı və digər əhəmiyyətli rayon tədbirlərində rayon rəhbərini rayon ictimaiyyəti arasında görməyəndə vətəndaş olaraq insanın içində çox suallar yaranır...”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz