Bir neçə gün bundan əvvəl redaksiyamıza Xızı rayonundan daxil olan müraciətdə Xızı rayon icra hakimiyyətinin şəhid ailələrinə olan ögey münasibət haqqında şəhid ailələrinin müraciəti əsasında məqalə dərc etmişdik. Bildirmək istəyirik ki, həmin məqalədə rayonun icra başçısının göstərişi əsasında rayonun Xələnc kəndindən vətən müharibəsində qəhramancasına vuruşaraq şəhid olan Natiq Verdiyevin kəndin girişində ucaldılmış şəkil lövhəsi İcra başçısının göstərişi ilə sökülmüşdü.
Məsələ içtimayiləşəndən sonra Natiq Verdiyevin döyüş yoldaşları Xızı rayonuna gələrək, vətən müharibəsində rayondan olan qazilər ,döyüşlərdə iştirak edənlər və şəhid ailələri rahon icra hakimiyyəti tərəfindən atılmış bu addımın vətən müharibəsi iştirakçılarına olan ögey münasibəti aydınlaşdırmaq üçün icra hakimiyyəıtinə gediblər.
Rayon İcra başçısı Xəzər Aslanov baş verənlərə aydınlıq gətirilməsi üçün müraciət edənlərin qarşısına çıxmasada başçının müavini Arzu Əzizov müraciət edənləri görüşübdür.
Yaranmış problemin nədən qaynağlandığına aydınlıq gətirə bilməyən başçının müavini bundan sonra rayonun ərazisindn vətən müharibəsində iştirak edib şəhid olan qəhraman döyüşçulərimizin şəkil lövhəsinin quraşdırılmasında heç bir problemin yaranmayacağını bildirib.
Daha sonra bir gün əvvəl şəhid Natiq Verdiyevin şökülmüş şəkil lövhəsi yenidən öz əvvəlki yerinə quraşdırılıb.
Eyni zamanda neçə müddət idi ki, Xızı şəhərində yaşamış Vətən müharibəsində qəhraman şəhidlərimizdən biri olan Xüsusi Təyinatlı qüvvələrdə xidmət etmiş Alik İsavevində rayonda şəkil lövvəsinin quraşdırılmasına rayon icra hakimiyyəti tərəfindən icazə verilmirdi. Baş verən hadisədən sonra şəhidin Atası Şakir İsayevin redaksiyamıza bildirdiyinə görə artıq böyük mübarizədən sonra onunda şəhid olan oğlunun şəkil lövhəsi rayonun ərazisində ucalmasına nail olmuşlar.
Şəhid atası Şakir İsayev oğlunun vətən yolunda şəhid olmasından qürur hissi keçirərdiyini ucaldılan şəkilində onlar üçün bir təsəlli olduğunu bildirdi.
Şakir İsayev Eyni zamanda şəhidlərə qarşı rayon icra hakimiyyəti tərəfindən göstərilən münasibətə qarşı haqq səsini qaldıran bütün insanlara öz təşəkkürünüdə bildirdi.