Qazaxın işğalda olan yeddi kəndindən erməni əhalisinin çıxarılması başlandı - VİDEO
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
1990-ildən mart ayından başlayaraq Qazax rayonunun Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, və Xeyrimli kəndləri erməni silahlı birləşmələri tərəfindən müxtəlif vaxtlarda hucuma edilərək işğal məruz qalmışdır. Ermənistan dövləti üçün çox əhəmiyyətli olan işğal edilmiş bu kəndlərə yerləşdirilmiş erməni əhalisi, İkinci Qarabağ müharibəsi və 2023-cü ilin ildə Azərbaycan silahlı qüvvələrinin keçirdiyi anti-terror əməliyatından sonra bu kəndlərdə bundan sonra yaşamağın çətin olacağı barədə fikir bildirirdilər.
Bir neçə gün bundan əvvəl İşğal altında olan bu kəndlərə səfər edən Ermənistanın baş naziri Nikol Paşenyan da burada yaşayan erməni əhalisi ilə görüşərək işğalda olan ərazilərin geri qaytarılması barədə fikir bildirmişdi. Nikol Paşenyan onuda qeyd etmişdi ki, əyər işğal edilmiş yeddi kənd Azərbaycan dövlətinə geri qaytarılmasa Ermənistan dövlətinə qarşı müharibə başlaya bilər.
Bu gün səhər saatlarında erməni mediasının yaydığı məlumatda görə artıq bu ərazilərə gələn erməni polisləri bu kəndlərdə yaşayan erməni əhalisinin kəndləri boşaldılmasını tələb etməyə başlayıb.