Axtarış...

Keçmiş baş nazirimiz belə PUL QAZANIR - FOTO


"Azərbaycan Respublikası Baş nazirinin sabiq birinci müavini (1992–2006) 74 yaşlı Abbas Abbasov hazırda Moskvada dovşan təsərrüfatı ilə məşğuldur". Dia-az.info bildirir ki, bu barədə tanınmış jurnalist Cavanşir Həsənli məluma paylaşıb.
C.Həsənli daha sonra qeyd edir: "O bir vaxtlar Azərbaycanda siyasi proseslərə nüfuz etmək istəyən keçmiş "Milyarderlər İttifaqı"nın başçısı olub, 2007-ci ildən Rusiya paytaxtında maliyyə, sığorta və pensiya xidmətləri göstərən "İŞGÜZAR ƏMƏKDAŞLIQ" FONDUNUN rəhbəridir. 2021-ci ilin iyulun 9-dan isə 10 faizlik payla Moskvada "TİMOXİNO FERMER TƏSƏRRÜFATI" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərindən biridr. Təsərrüfatın hüquqi ünvanı Moskva vilayətinin Yrəeqorovs şəhəri, Tİmoxino kəndi göstərilir. Təsnifata görə fermer təsərrüfatı dovşan əti istehsalı ilə məşğuldur.
Müəssisənin internet səhifəsində (https://timokhino.ru/) qeyd olunur ki, Abbasova və ortaqlarına məxsus təsərrüfatın qablaşdırdığı məhsullar Moskvanın Bolşaya Çeryomuşkinskaya küçəsindəki RİO Ticarət Mərkəzində (Buxta pavilyonu) topdan satılır.
"TİMOXİNO FERMER TƏSƏRRÜFATI" üzərindən Abbas Abbasov və ortaqları 2021-ci ildə Rusiyada topdan ət və ət məhsulları satışı ilə məşğul olan "POL'ZA EDY" LLC-ni də təsis edib. Onların təsərrüfat üzərindən təsis etdiyi digər şirkət isə heyvandarlıq təsərrüfatı ilə məşğul olan "XOLDİNQ MİRNIY" Məhdud Məsuliyyətli Cəmiyyətidir".(Dia-az.info)
Text-to-Speech

DİNLƏ






Şərh yaz