Dövlət Sosial Müdafiə Fondu Gununsesi.info-nun adıçəkilən qurumun İdarə Heyətinin sədri Himalay Məmişovun İsveçrədə infarkt keçirməsi barədə xəbərinə reaksiya verib.
Qeyd edək ki, bu barədə yazdığımız xəbərdə İsveçrə Krallığına rəsmi səfərə gedən Himalay Məmişovun fevralın 27-də infarkt keçirdiyi deyilir.
DSMF-nin yaydığı məlumatda isə Himalay Məmişovun İsveçrədə işgüzar səfərə getdiyi,lakin ölkəyə qayıtdığı deyilir:
Bəzi səhifələrdə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun İsveçrədə səfərdə olarkən guya infarkt keçirdiyi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir.
DSMF sədri İsveçrə Krallığında işgüzar səfərdə olub.
Səfər zamanı iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıqla bağlı görüşlər keçirib. Səfər çərçivəsində DSMF ilə dünyanın 160-dan çox ölkəsindən 350-yə yaxın sosial təminat qurumunun üzv olduğu Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Bununla da DSMF BSTA-nın etibarlı və uzunmüddətli peşəkar tərəfdaşına çevrilib. DSMF sədri hazırda Bakıdadır, səhhətində hər hansı bir narahatlıq yoxdur.
Bununla belə Gununsesi.info olaraq, xəbərin dəqiqliyinə bir daha israr edirik.
Qeyd edək ki, Himalay Məmişovun vəzifəsini icra edən şəxsə verdiyi imza nümunəsi daha 10 gün uzadılıb.
Kimliyindən, vəzifəsindən asılı olmayaraq, hər bir insanın başına belə bir arzuolunmaz hal gələ bilər.
Ancaq bunun gizlədilməsi isə təəccüb doğurur.
Biz də Himalay müəllimə tezliklə sağalmasına və işinin başına dönməsini arzu edirik.
Gununsesi.info
***
ƏVVƏLKİ XƏBƏR BUDUR
Dövlət Sosial Müdafiə Fondunun İdarə heyətinin sədri Himalay Məmişov İsveçrədə infarkt keçirib.
Bu barədə Gununsesi.info-ya DSMF-dəki mənbələrdən bildirilib.
Məlumata görə, fevral ayının 27-də İsveçrə Krallığının gedən Himalay Məmişovun səhhəti orada qəfil pisləşib. Xəstəxanaya çatdırılan Məmişova infarkt diaqnozu qoyulub.
Onun hazırda İsveçrədəki tibb müəssisələrinin birində həkim nəzarətində olduğu bildirilir.