Axtarış...

Elnur Məmmədov: “Azərbaycan İsveçrə ilə əlaqələrə böyük önəm verir”


“Azərbaycan İsveçrə ilə əlaqələrə böyük önəm verir”.

APA xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov İsveçrənin Milli Gününə həsr olunmuş mərasimdə deyib.

“Azərbaycan İsveçrə ilə əlaqələrə böyük önəm verir, biz bütün sahələrdə bu ölkə ilə əməkdaşlığın genişləndirilməsində maraqlıyıq”, - nazir müavini deyib.

O xatırladıb ki, ötən il iki ölkə diplomatik əlaqələrin yaradılmasının 30-cu il dönümünü qeyd edib:
“Ölkələrimiz arasında münasibətlər dinamik şəkildə inkişaf edib, davamlı siyasi dialoq var və yüksək səviyyəli qarşılıqlı səfərlər reallaşdırılıb”.

Nazir xatırladıb ki, ötən il İsveçrə Ermənistan və Azərbaycan arasında normallaşma prosesi çərçivəsində iki ölkənin XİN rəhbərlərinin görüşünə ev sahibliyi edib.

“İqtisadi əməkdaşlığımız genişlənməkdədir. Hökumətlərarası Birgə Komissiya bu işdə vacib rol oynayır. İsveçrə şirkətləri Azərbaycanın azad olunan torpaqlarında yenidənqurma layihələrinə cəlb olunub. SOCAR İsveçrədə uğurla fəaliyyət göstərir”, - nazir müavini qeyd edib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz